Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

Kino Agentliyinin müsabiqələri də saxtakarlıqla keçirilir –REJİSSOR-SSENARİSTDƏN İTTİHAM

Kino Agentliyinin müsabiqələri də saxtakarlıqla keçirilir – REJİSSOR-SSENARİSTDƏN İTTİHAM

Son zamanlar bir sıra sənət adamlarının Mədəniyyət Nazirliyinə qarşı ciddi ittihamları bu qurumda korrupsiya və idarəçiliklə bağlı məsələləri yenidən aktuallaşdırıb.

Yenixeber.org: Rejissor-ssenarist Cəlaləddin Qasımov da bu haqda danışıb.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən təşkil edilmiş müsabiqələrdə də  saxtakarlıq adi hala çevrilib:

ARKA-nın baş direktoru Orxan (Fikrətoğlu) Sadıqov bildirib ki, təşkil edilmiş bu müsabiqədə müstəqil olaraq fəaliyyət göstərən peşəkar mütəxəssislər təqdim edilmiş əsərlərə qiymət verib. Amma o peşəkar mütəxəssislər “Pitching”də mənasız ssenarilər təqdim edən layihə rəhbərlərinə irad tutdular. Sonda isə uğursuz deyilən layihələrin çoxu qalib elan olundu. Film layihələri müsabiqəsinin apellyasiya mərhələsi də başa çatdı. Apellyasiya mərhələsində juri üzvlərinin ən çox irad tutduğu “Karvan production”, “Ağalı” layihəsi də qalib oldu. Mən müsabiqədə deyilən iradları şəxsən eşitdim. Keçirilən tədbirin videoçəkilişini yenidən izləyib həqiqətləri üzə çıxarmaq olar.
Əvvəlki Mədəniyyət Nazirliyinin dövründə olduğu kimi, bu dəfə də, ancaq Azərbaycanda nümayiş olunan rejissorların layihəsini təsdiq etdilər. Beynəlxalq Festivallarda 220-dan çox mükafat almış rejissorun layihəsini “ARKA” qəbul etmədi. Azərbaycanda mənim qədər Beynəlxalq Festivallarda uğur qazanan ikinci rejissor olmayıb. Mədəniyyət Nazirliyi tərəfindən dəstək olsaydı, daha böyük uğurlar əldə edərdim.
Əlavə olaraq qeyd edim ki, biz, mədəniyyətimizi milli mənəvi dəyərlərmizi dünya ictimaiyyətinə çatdırıram. Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də tədricən nail oluruq. Çəkdiyimiz filmlər dünya distribütorları tərəfindən 17 beynəlxalq platformaya yerləşdirilib və dünya film bazarında özünə layiqli yer tutub. Dünya mediasında bizim ekran əsərləri barədə geniş məlumatlar yazılıb”.

Cəlalıddin Qasımov deyir ki,  Mədəniyyət Nazirliyi və Kino Agentliyinin ssenarilərin inkişaf proqramı çərçivəsində qalib olan rejissorlardan bir tək onu Semih Kaplanoğlu ilə görüşdürməyib:

Səbəb isə mənə yüksək rəy verilməməsi üçün uğurlarımı gizlətmək olub.
İstehsal etdiyimiz filmlərlə Beynəlxalq Festivallarda 220-dən çox mükafatlar almışıq. Dünya mediasında filmlərimiz haqqında geniş yazılar yazılsa da, sonsuz sayda mükafatlar alsaq da, ölkəmizin Mədəniyyət Nazirliyi və ARKA bizim fəaliyyətimizə indiyə qədər bir münasibət bildirməyib.
Mədəniyyət Nazirliyi və ARKA tərəfindən təşkil edilmiş son müsabiqədə “SPP Production” olaraq bütün mərhələlərdən keçdik. ARKA-nın təşkil etdiyi “Pitching”-də ssenari haqqında Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmidən xoş sözlər eşitdik. Amma seçilən filmlər arasında bizim layihənin adı olmadı. Çox təəssüflər olsun ki, Mədəniyyət Nazirliyi və ARKA tərəfindən təşkil edilmiş bu müsabiqənin videoçəkilişi gizlədilir.
Mədəniyyət Nazirliyinə də bildirmişəm ki, istehsal etdiyim filmləri çəkmək üçün heç bir dəstək olmadan banklardan kredit götürüb öz hesabıma istehsal etmişəm.
Xarici ölkələrdə Ermənistan Mədəniyyət Nazirliyinin gördüyü işlərlə qarşıla-şıram. Beynəlxalq Festivallarda Qarabağda baş verən məlum hadisələri olduğu kimi deyil, öz mənafelərinə uyğun şəkildə çəkərək dünya ictimaiyyətinə göstərirlər. Mən Beynəlxaq Festivallarda belə hallarla tez-tez rastlaşıram və bacardığım qədər juru üzvlərinə məktub yazaraq həqiqətləri onlara çatdırıram. Beynəlxaq Festivallarda baş vermiş bu cür hadisələrin bir neçəsinin nüsxəsini çıxartmışam.
Eyni zamanda onu da əlavə edim ki, əvvəlki Mədəniyyət Nazirliyinin vaxtında beş bədii filmin ssenarisini müsabiqəyə göndərdim. Amma heç birinin ssenarisini bəyənmədilər. Bildirim ki, bu beş filmi çəkmək üçün banklardan kredit götürərək öz hesabımıza istehsal etdik. Nəticədə, Beynəlxalq Festivallarda ssenariyə görə 200-dan çox mükafatlar qazandıq”.(gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam