Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Mehriban Xanlarova Mədəniyyət Nazirliyinə "od püskürdü":...rəfiqəlik, qohumluq...

"Bir vaxtlar teatrımızda Bəxtiyar Vahabzadənin məşhur pyesi səslənirdi: “Hara gedir bu dünya?” O tamaşadan sonra cavab tapılmırdı, amma bu gün mədəniyyət ocaqlarına baxanda sual öz-özünə yaranır: Fərəh Əliyeva, sənin “kadrların”la hara gedir bu dünya?.."
Yenixeber.org: Bunu özünün sosial şəbəkə hesabında paylaşaraq sual edən əməkdar artist Mehriban Xanlarova Mədəniyyət Nazirliyi ilə bağlı ilginc iddiaların yer aldığı açıqlamalarını davam etdirir.
M.Xanlarova yazır: "Bu gün mədəniyyət sahəsində qərarları istedad, bilik yox, rəfiqəlik, qohumluq və yaxınlıq müəyyənləşdirir:
1) Lalə Hüseynova — Milli Konservatoriyanın prorektoru. Fərəh Əliyevanın bacısı.
Rəsmən rektor Kamilə Dadaşzadə var, amma hamı bilir ki, faktiki rəhbər Lalə xanımdır.
2) Ceyran Mahmudova — ən yaxın rəfiqə, tələbə yoldaşı, yerlisi (Şəki). Mədəniyyət və İncəsənət Universitetində yüksək post.
3) Mənzər Nurəliyeva — Nazirlikdə “toxunulmaz zonanın” sahibi. Fərəh Əliyeva tərəfindən o qədər müdafiə olunur ki, nazir belə güc tapa bilmir.
4) Böyükxanım (Bella) Talıbova — Mədəni-maarif fakültəsini bitirib, amma birdən-birə teatr sektorunun rəhbəri, rejissor, teatrşünas statusu vəzifə paketinə çevrildi.
5) Mehriban Ələkbərzadə — Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru. Fərəh Əliyevanın yaxın rəfiqəsi, “seçilmişi”.
6) Cahangir Səlimxanov — əvvəl SOROS proqramının rəhbəri, indi “nazir müşaviri”. Hamı bilir ki, təyinat Fərəh Əliyevanın tələbə yoldaşı.
7) Cəsarət Valehov — Fərəh Əliyevanın təkidi ilə Mədəniyyət Nazirinin müşaviri vəzifəsinə gətirilərək musiqi müəllimlərinə qarşı görünməmiş təzyiq və haqsızlıqların əsas fiquruna çevrildi.
8) Nailə Məmmədzadə – Fərəh Əliyeva ali təhsili olmayan, rəqqasə olan bir şəxsi Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, sonra isə rektor vəzifəsinə qoyub.
Fərəh Əliyevanın yüksək vəzifələrə dost‑tanışlarını gətirməsi Azərbaycan mədəniyyətinin inkişafına mənfi təsir göstərir. Onun bu cür qərarları işıqlandırılmalıdır ki, cənab Prezident məlumatlı olsun və vəziyyətə müdaxilə edə bilsin..."
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam