Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mehriban Xanlarova Azdramdan getdi -AÇIQLAMA

Mehriban Xanlarova Azdramdan çıxdığını elan etdi


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova işdən çıxıb.

Yenixeber.org: Bu barədə sənətçi özünün sosial şəbəkə hesabında yazıb.

M.Xanlarova bildirib ki, işdən çıxmaqla bağlı teatrın direktoru İlham Əsgərova ərizə ilə müraciət edib:

O bu addımı Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin daha 6 ay vəzifəsində saxlanılmasına görə atdığını bildirib:

"Mən, Respublikanın Əməkdar artisti Mehriban Xanlarova olaraq bildirirəm ki, Mehriban Ələkbərzadənin kollektivimizi alçaltması, şəhid qızına və onun ailəsinə ünvanladığı söyüşlər, 20 Yanvar şəhidlərinin xatirəsini “dəbdən düşmüş” adlandırması, erməni heykəlini səhnədə təbliğ etməsi, həmçinin İkinci Qarabağ müharibəsindən 5 il keçməsinə baxmayaraq ölkənin ana teatrında 44 günlük Vətən müharibəsinin müqəddəs xatirəsinə bircə saatlıq belə sənət əsəri yaratmamasını, əvəzində teatrın baş rejissoru olaraq "Azdram" üçün deyil, başqa bir dövlət qurumu AzTV üçün, pul müqabilində “sənədli film” adı altında xronologiya hazırlamasını, şəhid qanı ilə sulanmış torpaqlarda əli cibində, motivə və ruhuna uyğun olmayan geyimlə kamera qarşısında “stand-up” etməsini rüsvayçılıq hesab edirəm. "Azdram"ın baş rejissoru başqa qurum üçün çalışmalıdımı? Teatra ayrılan vaxt, əmək haqqı və status niyə başqa yerə sərf edilir? Bu özbaşınalıqların sonu görünmür".



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam