Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BDU-da müəllim fənərdən istifadə etməklə dərs keçir, istilik yoxdur, üstəlik də tələbələrdən bayramla əlaqədar vəsait yığılır - Universitet isə təkzib edir...

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Bakı Dövlət Universitetinin tələbələri əsas korpusun auditoriyalarında istilik sisteminin olmaması ilə bağlı narazılıq etmişdilər. Ölkənin əsas universiteti sayılan BDU-da problem təkcə istilik sistemi ilə bitmirmiş.

Yenixeber.org: Redaksiyamıza daxil olan növbəti şikayətdə qeyd olunub ki, əsas korpusun auditoriyalarında işıqlandırma da zəifdir, bu səbəbdən müəllimlər arasında telefon fənəri ilə dərs keçənlər var.

 Şikayətlərə baxmayaraq tədbir görülmədiyi üçün müəllimlər öz büdcələrindən auditoriyaya lampa alıb taxıblar.

 Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva bundan əvvəl saytımıza bildirmişdi ki, istilik mövsümü başlayandan BDU-nun bütün korpuslarına istilik verilib və heç bir problem yoxdur, məlumat yanlışdır.

 Biz də şikayətlərdən yola çıxaraq BDU-nun əsas korpusunda istiliklə bağlı problemin hazırda nə yerdə olduğunu yenidən öyrənmək istədik. Məlum oldu ki, universitetin laboratoriya otaqlarında dərs keçən tələbələr soyuq olduğu üçün dərsi üst geyimində dinləməyə məcburdurlar. Xüsusilə, Hüquq fakültəsində şəraitin acınacaqlı olduğu bildirildi. Ödənişli əsaslarla təhsil alan tələbələr illik BDU-ya 4500 təhsil haqqı ödədiklərini, lakin qarşılığında normal şəraitin olmadığını, vəziyyətin ötən illərdə də bu cür olduğunu dedilər.

 Bir qədər də araşdırandan sonra başqa şikayət də eşitdik. Belə ki, Yeni il ərəfəsində BDU-nu bəzəmək üçün hər tələbədən 1 manat yığıldığı, pulların hara və kimə ödənildiyi barədə heç bir məlumat verilmədiyi deyildi.

 Görünür, BDU-ya bu il təhsil haqlarını 100-600 manat artırmaq yetərli olmayıb.

Sorğumuza cavab olaraq Bakı Dövlət universitetinin mətbuat katibi Kəmalə Quliyeva bildirib ki, məlumatlar yanlışdır: “Nəinki 1 manat, 1 qəpik belə yığıla bilməz və belə şeylər qadağandır, yolverilməzdir”.

K.Quliyeva məsələnin araşdırılacağını deyib.

Qeyd: Son günlər BDU-nun rektoru Elçin Babayevin adı dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin komandası ilə hallandırılır. Yayılan xəbərlərə əsasən, Babayevin də yaxın zamanda vəzifəsindən azad ediləcəyi istisna edilmir. O, 2019-cu ildən BDU-da rektordur.(pravda.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam