Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanlı qızlar kimlərə satılır, yaxud ingilis fironu üçün Bakı gözəlləri: ARAŞDIRMA

 

 

                             II hissə

 

Xeberinfo.com:   ...Esmiranı isə qorumaq mümkün deyildi. Hiyləylə Bakı­ya gələn Ədhəm əfəndinin tələsinə düşən bu qız İzmirdə - “Zürafə” fahişəxanasında fahişəliyin dərslərini öyrənirdi. Esmiranın ürəyinə dammışdı ki, dayısı Həmzə həbs olunmayıb.

“Dodaqdan qəlbə” (?) dərsində Zəminə xanım Esmira- ya xatırladır ki, o da Bakıdandır. “Zürafə”yə 1997-ci il mart ayının 9-da gəlib. Bakıdan Ədhəm əfəndi deyil, Maqud əfəndi onu dərs deməyə dəvət edib (?) Zəminə xanım birinci dərsdə bunu da xatırlatdı ki, Esmira bütün deyilən­lərə qulaq assa, “tapşırıq”lara əməl etsə... bir yerli kimi ona həyan olacaq, bu fahişəxanada onun gələcəkdə dərs deməsinə imkan və şərait yaradacaq. Zəminə xanıma gə­lincə, onun işi müştərilər qarşısında soyunub-geyinmə eti­kasının açıqlanmasından ibarət idi. Bu, ciddi bir “fənn” ki­mi “Zürafə” fahişəxanasında 12 gün keçirilir.

Birinci gün Esmira həyasına qısılıb, soyunmaqdan im­tina edir. Zəminə xanımın soyunub-geyinmə dərsinə hamı ciddi əməl etməli idi. Nəticədə Zəminə xanım qrupdakı Zərəfşan Qafurovaya (milliyyətcə qazax) və Lüdmila Ye- rafimovaya (Moskva, milliyyətcə rus), göstəriş verir ki, Esmiranın əynindəki paltarı soyundursunlar...

Rusiya Federasiyasında qadın alverinə qarşı mübarizə təşkilatının rəhbəri “Ancel” mərkəzinin direktoru, Valentina Qarqanova bu ilin fevralında Moskvada keçirilən konqresdə bunlara işarə edərək xatırladıb: “...Biz qadın zorakılığı və al­veri qarşısında gücsüz qalmışıq. Belə gedərsə, biz bir ana ki­mi məhv olacağıq. Bir gəlin kimi, lənətlənəcəyik. Bir qız ki­mi, doğulduğumuz üçün peşmançılıq çəkəcəyik...”

İyul ayının 4-də anası Sadiqə qızının - Esmiranın yuxusu­na girir. Ana qızının qarşısında dayanıb, ona yalvarır ki, bu murdar yerdən qaçıb, canını qurtarsın... Heç nəyə fikir ver­mədən, heç kəsi eşitmədən qaçsın. Ana qızını xilas edə bil­mədi. Esmira iyul ayının 9-da anasını yenidən yuxuda görür. Görür ki, anası Sadiqə xanım “Zürafə” məhəlləsinin girəcə­yindən, boğazından asılıb. Esmira artıq “Zürafə”yə alışırdı. Və hər “alışdıqca”da, Rəşid əfəndinin lənətini eşidirdi.

Avqust ayının 25-də Esmiranın rəngli şəkilləri 4-cü fahişəxananın “Məlumat-Gigiyena albomu”na vuruldu... (?) Bu albomda Esmira “Azərbaycan bölməsi”nə başçılıq edirdi.

Esmiradan sonra bu fotoalbomda Qubalı Əsmər Fazil qızı Əmrahova gəlirdi (1999-cu ildə “Zürafə”yə gəlmişdi. 32 yaşı vardı.) Sonra siyahı aşağıdakı kimi düzülürdü.

3)   Alməmmədova Gülayə Əliqismət qızı (1999-cu il­də “Zürafə”yə gəlib.

Aprel ayının 13-dən 9-cu fahişəxanadan köçürülüb, 31 yaşı var).

4)   Şabanzadə Şəbinə Hünər qızı (1998-ci ildə “Züra­fə”yə gəlib. 2000-ci il sentyabr ayının 26-da 7-ci fahişəxa­nadan 9-cu fahişəxanaya köçürülüb. 31 yaşı var).

5)   Səlimova Maya Hümbətalı qızı (2000-ci ildə “Zü­rafədə gəlib. İkinci fahişəxanada dərs alıb. 16 yaşı var).

6)   Həmzəyeva Fəridə Ömər qızı (2000-ci ildə “Züra­fəyə gəlib. Fəaliyyətini dördüncüdə başlayıb. 14 yaşı var).

7)   Əyyubxanova Lyuda Arif qızı (2000-ci ildə “Zürafə”yə gəlib. 45 günlük dərsdən sonra 4-cü fahişəxanada “işə” başlayıb. 13 yaşı var).

Siyahını burda bilərəkdən saxlayıram. Ona görə ki, 13 yaşından sonra... 10,9 yaş hədləri gəlir.

“Zürafə” fahişəxanasında 40 otaq var. Hər otağın da içində bir otaq... və bu otaqlarda əriyən, məhv olub dağılan talelərə biganə qalanlara xatırladıram... Sizin də uşaqları­nız var. İmkan verməyin ki, övladınız ruhlarınızı yuxuların­da dar ağaclarından asılı görsün. Buna imkan verməyin.

 

 

Rövşən Novruzoğlu 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam