Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Naxçıvanda işdən çıxarılan məktəb direktoru vəzifəsinə bərpa edilib

Naxçıvanda işdən çıxarılan məktəb direktoru vəzifəsinə bərpa edilib

Naxçıvanda məhkəmə məktəb direktorunun vəzifəyə yenidən bərpasını təmin edib.

Yebixeber.org xəbər verir ki, ötən il Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbinin direktoru Sinduz Cəfərova yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru vəzifədən azad edilib.

Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib.

Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə qətnamə qəbul edilib.

Məhkəmənin qətnaməsinə əsasən, Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib.

Qeyd edək ki, Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam