“Rahat” marketdən alınan konfetin içindən qurd çıxıb.
Yenixeber.org: Bu barədə sosial şəbəkədə şikayətçi Səadət Hüseynova yazıb. O bildirib ki, kilo ilə satılan “Step” konfetlərinin hamısının içi qurdlu olub:
“Bütün hamısının içindən diri qurd çıxdı. Son zamanlar təzə konfet tapmaq olmur. Qurd çıxanını da ilk dəfədir görürəm. Mağazalarda nəsə köhnələn kimi camaata sırımaq üçün endirimə qoyurlar”.
Qeyd edək ki, “Rahat” markerlər şəbəkəsi “ANC Group” MMC-yə məxsusdur.
MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir.
Qarşı tərəfin mövqeyini öyrənməyə çalısaq da, cəhdlərimiz baş tutmadı.
Marketlər şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.










AZ
RU



