Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Əməkdar artist yeni vəzifəyə təyin olundu- FOTO

 

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru vəzifəsinə təyinat olub.

Yenixeber.org xəbər verir ki, bu vəzifəyə Əməkdar artist Əyyub Quliyev təyin olunub.

Məlumat Ə.Quliyevin sosial şəbəkə hesabında yayılıb.

Əyyub Quliyev 1984-cü ildə anadan olub.

2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.
2005–2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə təhsil alıb.
2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində təhsilini davam etdirib.
2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub.
2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.
2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Qeyd edək ki, Əyyub Quliyev oktyabr ayında dünyasını dəyişən məşhur tarzən, Xalq artisti Ramiz Quliyevin oğludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam