Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Qarabağda döyüşən faşist lideri haqda -maraqlı faktlar

Qarabağda döyüşən faşist lideri haqda maraqlı faktlar

Qarabağda döyüşmək üçün PKK yaraqlılarını və Yaxın Şərq ölkələrindən terrorçu qrupları bölgəyə yerləşdirən Ermənistan neofaşistlərin də köməyindən yararlanır. Fransada neofaşist təsisat kimi tanınan “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri Marc de Cacqeray-Valmenier-in (Mark De Kakkere-Valmenirin) Qarabağda döyüməsi buna nümunə ola bilər.

Yenixeber.org: Azərbaycanın Baş Prokurorluğu artıq  Fransa vətəndaşı olan Marc de Cacqeray və dəstəsi barədə cinayəti işi başlayıb.

 ZVP və onun lideri Fransada zorakılığın əsas təhrikçisi hesab edilir. Qruplaşma Paris küçələrində qarşıdurmalarda, dini və irqçi toqquşmalarda iştirak edir. Onlar həmçinin “sarı jiletlilər”in iğtişaşlarına qatılıblar.

Marc de Cacqreay faşist olduğunu gizlətmir. O, mediaya açıqlamasında çəkinmədən “mən faşistəm” deyir. ZVP lideri hesab edir ki, Qarabağda xristian sivilizasiyasının taleyi həll olunur. Bununla da Qarabağ müharibəsini dini müstəviyə çəkməyə çalışır.

Əslində Ermənistanın belə bir adamın köməyinə ehtiyac durması təəccüblü deyil. İrəvanda nasist-Almaniyası tərəfdən döyüşən erməni əsilli Nijde Qaragenə heykəl ucaldılması Ermənistanın faşizmə münasibəti barədə aydın təsəvvürlər yaradır.

İrəvanın yürütdüyü siyasət də nasist təfəkkürə söykənir. Monoetniklik Ermənistanın dövlət siyasətidir. Müasir dünyada isə artıq monoetniklik faşizmlə eyniləşdirlir.

ZVP-dən əvvəl başqa bir faşist təşkilatın nümayəndələri qondarma Dağlıq Qarabağ Respublikasına səfər etmişdi. Söhbət Almaniya Bundestaqında təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının (AfD) 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalaonun səfərindən gedir.

Almaniyada olduqca mənfi imicə sahib olan AfD-nin əsas qayəsi  ölkəni "islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdır. Partiya ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunmasını, məktəblərdə islam dərslərinin alman dilində tədrisini tələb edir.

AfD Almaniyada irqçi, islamofob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edir. Bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilirlər.

Partiyanın həmsədrlərindən biri Aleksandr Qauland öz niqtlərindən birində alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri "qəhrəmanlıqları" qiymətləndirməyə və onlarla “fəxr etməyə” çağırmışdı.

Bu faktlar bir daha sübut edir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan terroçu-faşist dövlətidir.

Qarabağda döyüşən faşist lideri haqda maraqlı faktlar
Qarabağda döyüşən faşist lideri haqda maraqlı faktlar

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam