Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünya mediası Ermənistan ordusundakı muzdlulardan yazır

 

Yenixeber.org: Ermənistanın Azərbaycanla döyüş əməliyyatlarına muzdluları, terrorçuları cəlb etməsinə dair çoxsaylı faktlar var. Bu faktlar təkcə Azərbaycan mətbuatında deyil, nüfuzlu xarici KİV-lərdə də öz əksini tapmaqdadır. Belə ki, Rusiya, Fransa, Böyük Britaniya, Avropanın bir sıra ölkələrinin KİV-ləri bu barədə mütəmadi olaraq məlumatlar dərc edir

Həmin məqalələrdə muzdular danışır, onlar döyüşmək üçün Qarabağa gəldiklərini etiraf edirlər. Həmçinin, Yaxın Şərqdən, xüsusilə, Livan və Suriyadan gələn muzdlular, PKK terroçuları Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşür.

Bu, bir tərəfdən Ermənistanın illərlə yaratdığı güclü ordu mifinin darmadağın edilməsi, digər tərəfdən isə işğalçı ölkənin faşist, terrorçu xislətinin nümayişidir. Bundan əlavə, işğalçı ölkə qanunsuz, beynəlxalq konvensiyalara zidd addımlarını pərdələmək üçün Azərbaycanın xarici muzdluları döyüşlərə cəlb etməsi ilə bağlı “feyk” xəbərlər tirajlamaqdadır. Lakin bu xəbərlərin heç birinin təsdiqi yoxdur.

Azərbaycanın dövlət başçısı dəfələrlə xarici KİV-lərə müsahibəsində sübutların təqdim edilməsini tələb edib. Lakin hələ də sübut yoxdur. Çünki Azərbaycan Ordusu kifayət qədər güclüdür və dünyanın ən güclü 50 Ordusu sırasındadır, heç bir muzdluya ehtiyacı yoxdur.

Ermənilər tərəfdən muzdlu və terrorçuların döyüşməsinə dair faktlar isə onlarladır. Məsələn, “France24” kanalı Dağlıq Qarabağda döyüşən yaraqlılarla söhbət edib. Kanalın reportajında vurğulanır ki, cəbhə bölgəsində Fransa da daxil olmaqla, bir sıra ölkələrdən olan erməni mənşəli yaraqlılar var. 28 yaşlı Fransa vətəndaşı Sipan Muradyan bildirib ki, müharibədə döyüşmək üçün Ermənistana gedir.

Ermənistan ordusunun tərkibində muzduların olduğunu “Reuters” də təsdiqləyib. Agentliyin məlumatında vurğulanır ki, Qarabağda erməni mənşəli livanlılar döyüşür.

“Livanda maliyyə böhranı başladıqdan sonra Vartkes bu yay Ermənistana köçməyə məcbur oldu. O, həmin vaxt xəyalına belə gətirmirdi ki, Dağlıq Qarabağa müharibəyə yollanacaq...”.

Yerli təlimatçı “Reuters”ə deyib ki, Argentina və ABŞ-dan yüzlərlə adam döyüş hazırlığı üçün Ermənistana qayıdıb.

Məqalədə bildirilir ki, Livanın erməni icmasının sayı 140 000-ə yaxındır və dünyanın ən böyük icmalarından sayılır. Karapet Aqacanyan yerli və xarici könüllülərə hərbi hazırlıq üzrə təlimatçıdır və 10 nəfər Livan ermənisi onun düşərgəsində hərbi hazırlıq keçib. Onun sözlərinə görə, həmin ermənilər sentyabrda hərbi əməliyyatlar başlayandan sonra Beyrutdan gəliblər və ön cəbhəyə getməyə hazırlaşırlar. Həmçinin, əlavə edilib ki, bir çox erməni hələ hərbi əməliyyatlar başlamamışdan əvvəl Beyrutdan İrəvana köçüb.

Məqalədə Qarabağ müharibəsində məhv edilən erməni mənşəli opera müğənnisi Gevork Xacyandan da söz açılıb. Onun livanlı ermənilərin “qəhrəmanına” çevrildiyi qeyd olunub.

"Arp.news.com" Rusiya vətəndaşı olan ermənilərin Qarabağda döyüşməsindən yazıb. Bildirilib ki, Rusiyadan gələn ermənilərə adambaşı 1500 dollar ödənilir.

Bundan əlavə, “Kommersant” nəşri 55 yaşlı Rusiya vətəndaşı, muzdulara rəhbərlik edən Vaqanla söhbəti yayımlayıb. Onun üçüncü ölkədə döyüşməsi birbaşa Rusiya qanunvericiliyinə ziddir və buna görə, cinayət məsuliyyəti daşıyır.

Bu yaxınlarda Fransız qəzeti "Liberation" da yenidən bu mövzuya toxunub. Qeyd edilib ki, Fransada yaşayan, ASALA terror təşkilatının 64 yaşlı üzvü Gilbert Minasyan özü ilə gətirdiyi muzdlularla birlikdə döyüşmək üçün Qarabağdadır.

Əlbəttə, Ermənistanın Azərbaycana qarşı döyüşlərə muzdlu və terrorçuları cəlb etməsi barədə faktlar yalnız bunlardan ibarət deyil. Ümumilikdə Ermənistan Qarabağ döyüşlərində terrorçu dövlət olduğunu bütün dünyaya nümayiş etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam