Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İran valyutasında 4 sıfır silinir – Hökumət denominasiyaya gedir və milli valyutanın adını dəyişir

 

 İran parlamenti ABŞ sanksiyalarına və koronavirus pandemiyasına görə yaranmış hiperinflyasiyanın təsirlərini aradan qaldırmaq məqsədilə milli valyuta rialın 4 sıfırını silməyi nəzərdə tutan qanunvericilik aktını qəbul edib.

Yenixeber.org: İran millət vəkilləri mayın 4-də 1925-ci ildən bəri ölkənin milli valyutası olan rialı tümənlə əvəzləyəcək qanun layihəsinə də səs veriblər. 1 tümən 10 min riala bərabər olacaq. Bununla da sözü gedən sıfırlar silinəcək.

Prezident Donald Tramp 2018-ci ilin mayında BirləşmişŞtatları birtərəfli qaydada 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra Tehran qarşı ABŞ sanksiyaları bərpa edilib.

İranla 6 dünya gücü arasında imzalanmış bu saziş onun üzərindəki beynəlxalq sanksiyaların qaldırlması müqabilində Tehranı nüvə proqramını məhdudlaşdırmağa məcbur etməli idi.

Vaşinqtonun sanksiyaları bərpa etməsi İran iqtisadiyyatına ağır zərbə vurub. Son aylarda hiperinflyasiya nəticəsində rial öçəkisinin 60 faizini itirib. Əgəüç il bundan əvvəl 37 min rial 1 dollara bərabər idisə, 2019-cu ildə dolların məzənnəsi artıq 180 min riala qalxmışdı.

Mayın 4-ə olan məlumata görə, 1 dollar 156 min riala bərabərdir. İran koronavirus epidemiyasının ən ağır zərbəsinə məruz qüalan ölkələrdən biridir. 

Qanun İranın qüdrətli Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiq edilməlidir. Dövlət televiziyası bildirib ki, Mərkəzi Bankın “tümənə keçidi tam hazırlaması”üçün iki il vaxt lazım gələcək.

Rial İranda ilk dəfə olaraq tədavülə 1798-ci ildə buraxılıb. O vaxt rial nominal dəyəri 1250 dinar olan sikkələrlə buraxılırdı. Bu 1/8 tümən dəyərində idi. 1825-ci ildə rialın tədavülü dayandırılmış və 1932-ci ilədək İranın milli valyutası tümən olmuşdu.

“Tümən” sözü monqol mənşəlidir və“on min” mənasını verir. Monqolustanda 10 minlik süvari qoşununu 1 tümən adlandırırdılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam