Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran ABŞ-ın daxli işinə qarışır – Pompeo

 

İran ABŞ-ın daxli işinə qarışır – Pompeo
İranın ABŞ-a qarşı BMT-nin Beynəlxal Məhkəməsinə şikayət etməsi Vaşinqtonun qanuni tədbirlər görmək və sanksiyaları bərpa etmək barədə suveren hüququna müdaxilədir. 
 Yenixeber.org: A dövlət katibi Mayk Pompeo belə bəyanat yayıb. Onun sözlərinə görə, bu davranışı ilə Tehran ABŞ-ın daxil işlərinə müdaxilə edir. Çünki İrana qarşı sanksiyaların bərpası Amerikanın milli təhlükəsizliyinin qorunması üçün vacibdir. 

“Vaşinqton məhkəmədə İranın əsassız şikayətinə qarşı özünü qətiyyətlə müdafiə edəcək. Prezident Tramp İranın nüvə proqramı ilə Hərtərəfli müştərək fəaliyyət planından sadə bir səbəbə görə çıxdı: saziş İran rəhbərliyi tərəfindən yaradılan risklərə qarşı Amerika xalqının təhlükəsizliyinə zəmanət vermirdi. ABŞ iran xalqını dəstəkləyir və İran rejiminin regiondakı pozucu fəaliyyətinə qarşı çıxmaq üçün müttəfiqlərlə işləməyi davam etdirir.” – deyə, Pompeo vurğulayıb. 

Qeyd edək ki, birtərəfli qaydada sanksiyaları bərpa etdiyinə görə Tehran ABŞ-ı BMT-nin Beynəlxalq Məhkəməsinə verib. Məhkəmə artıq bu gün İranın şikayət ərizəsi üzrə işə baxmağa başlayıb. Məhkəmə müzakirərlərinin ilk mərhələsində Tehran öz arqumentlərini təqdim edib. Tehranın əsas arqumenti saksiyaları bərpa edən ABŞ-ın İranla imzaladığı 1955-ci il konsulluq hüquqları, iqtisadi əlaqələr və dostluq haqqında müqaviləni pozmasıdır. 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan etmişdi ki, Tehran məhz birtərəfli qaydada sanksiyalar tətbiq edən ABŞ məsuliyyətə cəlb etmək üçün beynəlxalq məhkəməyə müraciət edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam