Yenixeber.org: Bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo jurnalistlərə bildirib.
Ağ Evin rəsmisi BMT məhkəməsinin ABŞ-ı sözügedən müqavilənin şərtlərinə əməl etməməkdə günahlandırılması ilə bağlı qərarını əsassız sayıb: "İran BMT məhkəməsini siyasi və təbliğat məqsədləri üçün istifadə edir".
Qeyd edək ki, İranda İslam inqilabından bir il sonra, yəni 1980-ci ildə iki ölkə arasında diplomatik münasibətlər pozulub. Bu il may ayında ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İran, Çin, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya ilə imzaladıqları və İrana qarşı sanksiyaların ləğv olunması müqabilində nüvə proqramını təxirə salmasını nəzərdə tutan sazişdən birtərəfli qaydada çıxdıqlarını bildirmişdi. İran isə BMT məhkəməsində ABŞ-a qarşı iddia qaldırmışdı.(report.az)