Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Səudiyyə Ərəbistanı da nüvə silahı yaradır

Səudiyyə Ərəbistanı nüvə silahı yaradır
“Əgər İran nüvə silahı əldə etsə, Səudiyyə Ərəbistanı da öz nüvə silahını hazırlayacaq”
Yenixeber.org: Bu barədə Səudiyyə Krallığının xarici işlər naziri Adil Əl-Cübeyr CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən birtərəfli qaydada çıxmaqla düz edib:

“Bu saziş natamamdır və vaxt məhdudiyyətinə malikdir. Həmçinin, saziş İranın nüvə başlığı daşıya bilən ballistik raketlər hazırlaması, region ölkələrinin daxili işlərinə qarışması və rəsmi Tehranın terrorçuları dəstəkləməsi məsələlərini əhatə etmir. Əgər İran uranın zənginləşdirilməsi proqramını indikindən daha çox səviyyədə bərpa etsə, digər iştirakçı ölkələr də sazişdən çıxmalı və İrana qarşı təkrar sanksiyalar tətbiq etməlidir.”

Əl-Cübeyr xüsusilə vurğulayıb ki, rəsmi Ər-Riyad İranın nüvə təhlükəsinə qarşı öz xalqını müdafiə etmək üçün bütün vasitələrdən, o cümlədən nüvə silahı yaratmaqdan istifadə edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam