Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Tehran: Nüvə sazişi regionda sülhü təhdid edir

Tehran: Nüvə sazişi regionda sülhü təhdid edir

İranla iri güclər arasında bağlanan nüvə sazişini ABŞ-ın birtərəfli qaydada tərk etməsi Yaxın Şərqdəki sülh və təhlükəsizliyə ciddi şəkildə təsir etməyə məhkumdur
 Yenixeber.org: bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) konfransında çıxışı zamanı deyib. 

“Beynəlxalq birlik tərəfindən demək olar ki, yekdilliklə xəyanətkar addım kimi qiymətləndirilən bu davranış regional və beynəlxalq sülh və təhlükəsizlik üçün çox qorxunc nəticələrə səbəb olmağa məhkumdur. ABŞ-ın sazişdən çıxmasına beynəlxalq birliyin etirazı təkcə Amerikanın birtərəfliliyinə qarşı dərin hiddəti deyil, həm də getdikcə yayılan xaos və mövcud terror təhlükəsi ilə birlikdə bizim regionda olduqca çətin vəziyyətlə bağlı narahatlığı əks etdirir”, – deyə Salehi bəyan edib. 

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Amerikanın birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxdığını bəyan edib. 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam