Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bu ölkədə 152 həkim koronavirusun qurbanı olub

 

İtaliyada 117 din xadimi və 152 həkim koronavirusdan ölüb.

Yenixeber.org: Bu barədə məlumatı yerli “Avvenire” qəzeti yayıb.

Bundan başqa, “La Repubblica” qəzeti ölkədə kiçik tibb işçiləri (34) və əczaçılar (13) arasında da ölümlərin olduğunu açıqlayıb.

Qeyd edək ki, aprelin 27-nə olan məlumata görə, Cənubi Avropa ölkəsində koronavirusa yoluxma halları 200 000-ə yaxınlaşıb. Pandemiya qurbanlarının sayı isə 26 977 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 082 000-i ötüb. Bunların 934 878 nəfəri sağalıb, 212 405 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam