Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ərdoğan Boris Consona məktub yazıb

 


 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş Naziri Boris Consona məktub göndərib.

Yenixeber.org: Türkiyənin "Hürriyyət" qəzetinin verdiyi xəbərə görə, R.T.Ərdoğan məktubunda B.Consona yeni növ koronavirus infeksiyasına yoluxduqdan sonra müalicəsinin uğurla başa çatmasından məmnunluğunu ifadə edib, daha da sağlam olmasını diləyib: "Diqqətinizə çatdırmaq istərdim ki, dünyada yaşanan bu ağır günləri tərk etdikdən sonra, vəzifəyə başladığınız gündən bəri davam etdirdiyiniz səmimi və intensiv əlaqələrimizi təqdir edərək, "Brexit"dən sonrakı dövrdə ikitərəfli əməkdaşlığımızı daha da gücləndirmək məqsədilə Sizi atalarınızın vətəni olan ölkəmizdə qarşılamaq istərdik".

Avropa ölkələri arasında Britaniyanın da COVID-19 virusunun güclü təsirinə məruz qalmasından təəssüfləndiyini yazan Türkiyə Prezidenti bu pandemiya nəticəsində dünyasını dəyişən ölkə vətəndaşlarına görə başsağlığını bildirib, bu xəstəlikdən müalicə olunanlara isə şəfa arzulayıb: "Beynəlxalq Səhiyyə Sistemində (NHS) fəaliyyət göstərənlər də başda olmaqla, bu istiqamətdə dəstək verən hər kəsə uğurlar arzulayıram".

Qeyd edək ki, bu gün tibbi ləvazimatlarla dolu Türkiyə Hava Yollarına aid təyyarə Londonda hava limanına eniş edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam