Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Boris Conson - baş nazir postuna seçkilərdə inamlı qələbəyə doğru irəliləyir

Boris Conson Mühafizəkarlar partiyasının yeni lideri və Böyük Britaniyanın baş naziri postuna seçkilərdə inamlı qələbəyə doğru irəliləyir.

Yenixeber.org:  “Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat “YouGov” sosiologiya xidmətinin apardığı tədqiqatda yer alıb.

Sorğunun nəticələrinə əsasən, mühafizəkarların 74 faizi seçkilərdə Boris Consona səs verəcəyini bildirib. Onun rəqibi, ötən il Böyük Britaniyanın xarici işlər naziri postunda Consonu əvəzləyən Ceremi Hant isə partiya üzvlərinin yalnız 26 faizinin dəstəyini qazanıb.

Tədqiqat nəticəsində, həmçinin məlum olub ki, tori üzvlərinin əksəriyyəti üçün seçim edən zaman “sərt Brexit” ehtimalının həddən artıq yüksək olması əngəl yaratmayıb. Belə ki, respondentlərin 90 faizi baş nazir postuna seçildikdən sonra Boris Consonun Brexit prosesi barədə hər hansı bir saziş olmadan ölkəni Avropa İttifaqından çıxaracağını düşünür. Rəyi soruşulanların yalnız 27 faizi Ceremi Hantın da belə addım ata biləcəyini ehtimal edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam