Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Nazir müavini:“Ərzaq məhsullarının daşınması qadağan edilməyib”

“2019-cu il kənd təsərrüfatı sahəsində uğurlu il olub. Ötən il məhsul istehsalında biz rekord göstəricilərə nail olmuşuq, eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracında da yüksək nəticələrimiz qeydə alınıb”.

Yenixeber.org: Bunu açıqlamasında Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, bu il dünyada koronavirus pandemiyasının yayılması, xarici ölkələrlə əlaqələrin azalması müəyyən mənada ixraca öz təsirini göstərir: “Təbii olaraq koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsiri məlumdur. Eyni zamanda, bunun təsiri iqtisadiyyatımızdan da yan keçmir. İqtisadiyyatımızın bir qolu kimi kənd təsərrüfatı istehsalına müəyyən təsirləri var. Bilirsiniz ki, ölkələr arasında ərzaq məhsullarının daşınması qadağan edilməyib, bu əlaqələr var. Lakin az miqdarda təsir edə bilər. Çünki, qonşu ölkələrdə, bizim ixrac etdiyimiz ölkələrdə təlabatların pandemiya ilə əlaqədar olaraq azalması müşahidə edilir. Bununla bağlı, ola bilər ki bizim ixraca təlabat azalsın. Bu, haradasa öz təsirini göstərə bilər”. 

Nazir müavini əlavə edib ki, bu təsirin azaldılması və minimuma endirilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi bütün aidiyyatı qurumlarla əlaqələri gücləndirib: “Ölkə Prezidentinin müvafiq tapşırığına əsasən, aidiyyatı qurumlar müvafiq qurumlarla əlaqəli şəkildə işləyərək həm Operativ Qərargah, həm yerli icra hakimiyyəti orqanları, həm karantin rejiminə nəzarət edən Daxili İşlər Nazirliyi, o cümlədən fermer kartlarının paylanılması ilə bağlı “Kapital Bank” ASC və təchizatçı şirkətlərlə əlaqələrimizi gücləndirmişik. Çalışırıq ki, bu dəyən ziyanı minimuma endirək. Kənd təsərrüfatı məhsulları istehsalçıları, fermerlər bu pandemiyadan minimum zərərlə çıxsın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam