Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirdən Rusiyanın “Azərbaycan qadağası”na münasibət

 

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiyanın karantin nəzarətində olan məhsulların gələn ildən Azərbaycan da daxil olmaqla, bir neçə ölkədən Rusiyaya idxalına qadağa qoyulması məsələsinə münasibət bildirib. 

"Xeberinfo.com":  APA-nın məlumatına görə, H. Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyada rublun ucuzlaşması prosesi başlayana qədər Azərbaycan kənd təsərrüfatı məhsul istehsalçıları bu bazarda xüsusi yer tutub. Onun sözlərinə görə, ilin əvvəlindən Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının həcmi dəyər ifadəsində 17% artıb:“Amma Rusiyadakı son vəziyyət Azərbaycan məhsullarının bu bazara ixracına marağı azaldıb. Bu gün rublun dəyəri kəskin olaraq dəyişir.
Belə bir şəraitdə kənd təsərrüfatı məhsullarının ixrac edilməsi, sabah bazarda hansı qiymətlərlə satılacağını bilmədən bazara çıxardılması müəyyən risklər yaradır”

Nazir qeyd edib ki, son bir neçə gün ərzində Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında azalma müşahidə olunur: “Bu da təbii haldır. Çünki, istehsalçılar belə vəziyyətdə məhsullarını yerli valyutanın sabit olmadığı yerlərdə satışa çıxarmaq istəmirlər. Bu vəziyyət bizim yerli bazarlarda qiymətlərin ucuzlaşmasına səbəb olub. İxracın azalması kimi meyllər olsa da, burada ciddi təhlükə yoxdur”. Nazir bildirib ki, Azərbaycan kənd təsərrüfatı istehsalçılarının Rusiya bazarlarında möhkəmlənmiş yerləri və sabit kanalları var və bu azalma təhlükəli həddə deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam