Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ölkədə kənd təsərrüfatı sürətlə inkişaf edir"- Nazir

 

"Ölkədə kənd təsərrüfatı sürətlə inkişaf edir" - Nazir
"Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı ən aktual məsələlərindən birinə çevrilib. Qeyri-neft sektorunun önəmli bir sahəsi olan aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə kənd təsərrüfatı sürətlə inkişaf edir".
Yenixeber.org: Bunu Bakıda keçirilən aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumda (“AgTech and Green Energy”) kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, ümumi daxili məhsulda kənd təsərrüfatının payı artır.

"İxracatda qeyri-neft sektorunun payı, o cümlədən kənd təsərrüfatı məhsullarının payı yüksəlib. Amma qeyd etmək lazımdır ki, torpaq və su resurslarımız azdır. Bu resurslardan səmərəli istifadə artıq zərurətə çevrilib. Aqrar sahəni iqtisadiyyatın prioritet sahəsi kimi müəyyən edən Cənab Prezident ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirib. Bu tapşırıqlar mövcud resurslardan səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq, ətraf mühitin qorunmasını təmin etməkdən ibarətdir. Müəyyənləşən vəzifələrə uyğun olaraq fəaliyyət prinsiplərimizdə düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqini əsas götürürük".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam