Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Ukraynada -Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı tədbirlər keçirilib

 

 

Ukraynanın müxtəlif vilayətlərində yaşayan azərbaycanlılar tərəfindən yerli rəsmilərin və fəalların iştirakı ilə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib.

Yenixeber.org: Tədbir iştirakçıları Azərbaycanın işğal olunan torpaqları barədə məlumatlandırılıblar.

Tədbirlər Ukraynanın Dnepropetrovsk, Odessa, Lvov, Nikolayev, Xarkov, Jitomir, Poltova, Çerniqov, İvano-Frankovsk, Çernovtsı, Xmelntski və digər vilayətlərində keçirilib.

 

Tədbirlərdən əvvəl Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev Ali Rada (parlament) deputatları ilə görüşüb. O, Xocalı soyqırımının, Azərbaycanın işğal olunmuş torpaqlarının bütün beynəlxalq təşkilatların çağırışlarına və sənədlərinə baxmayaraq Ermənistan tərəfindən işğalda saxlanması faktının qanunverici orqanlarda vaxtaşırı səsləndirilməsi ətrafında müzakirələr aparıb. 

BUAK-ın vilayət üzrə sədri Nəcəf Əhmədov bildirib ki, Dnepropetrovskdə konqresin təşkilatçılığı ilə “Silahlı münaqişələr şəraitində insanlığa qarşı hərbi cinayətlərin qarşısının alınması” adlı seminar təşkil olunub. 

 

 

Seminarda qonşu vilayətlər ilə yanaşı yerli fəal azərbaycanlılar, ukraynalılar, o cümlədən yerli rəsmilər iştirak ediblər. Müzakirələrdə 1992-ci ildə erməni silahlılarının 366-cı alayın köməkliyi ilə Azərbaycanın Xocalı şəhərində yerli sakinlərə qarşı törətdiyi soyqırımı aktı pislənib. Tədbir çərçivəsində işğal olunmuş Azərbaycan torpaqları, Xocalı soyqırımı və bunlarla bağlı beynəlxalq sənədlərdən ibarət nəşrlər iştirakçılara paylanıb. 

Tədbirə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də qatılıb.

Tədbirdə 30 ilə yaxındır Azərbaycan torpaqlarının işğalda saxlanılmasının dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq və prinsiplərə zidd olduğu diqqətə çatdırılıb.

Eyni məzmunlu tədbirlər Ukraynanın yuxarıda sadalanan digər vilayətlərində də keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam