Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukraynanın Lvov şəhərində Zərifə Əliyevanın xatirəsi anılıb

 

 

 

Ukraynanın Lvov şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib

 

Yenixeber.org: Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) tərəfindən keçirilən anım mərasimində Konqres nümayəndələri, Lvov Vilayət və Şəhər Administrasiyasının rəhbərliyi, Lvov Şəhər Şurasının deputatları, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən 1 saylı Lvov şəhər Klinik Xəstəxanasının baş həkimi, Ukraynanın əməkdar həkimi, BUAK-ın üzvü Cəvahir Cəfərova, BUAK-ın Lvov vilayəti üzrə sədri Teymur Məmmədov, BUAK-ın vilayət üzrə Gənclər və idman departamentinin sədri Şəhriyar Məhərrəmov, Poltava vilayət deputatı, BUAK-ın üzvü Fəxrəddin Muxtarov, Lvov Vilayət Administrasiyasının milli və dini idarəsinin rəhbəri Lesya Kornat, Lvov Şəhər Radasının deputatı Roman Qrıçeviç və digərləri Zərifə xanım Əliyevanın keçdiyi ömür yolundan danışıblar. Bildirilib ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn xəstələrin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən Ukraynanın müxtəlif bölgələrində sosial, iqtisadi layihələr həyata keçirilir.

Daha sonra anım mərasimində Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunan sənədli film göstərilib.

Qeyd edək ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Ukrayna Millətlər Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyevdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam