Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

DYP:Avtomobilin tam dayandığına əmin olduqdan sonra yolu keçmək lazımdır

 

DİN Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hadisələrinin sayının artmasından narahatdır.

Yenixeber.org: İdarənin bununla bağlı açıqlamasında qeyd olunub ki, müşahidələr son günlər vətəndaşların avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçməsi hallarının artdığını göstərir:

“Vətəndaşlarımıza bir daha xatırladırıq ki, yolun hərəkət hissəsini yalnız yeraltı və yerüstü keçidlərdən və yaxud piyadalar üçün nəzərdə tutulmuş yerərdən keçmək lazımdır. Bununla yanaşı piyadalar yolu keçərkən mütləq şəkildə sağa-sola baxmalı, qış mövsümü ilə əlaqədar havanın tez qaralmasını nəzərə alaraq günün qaranlıq vaxtı üzələrində işıqqaytarıcı elementlər olan geyimlərdən istifadə etməlidirlər. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, yolu mobil telefonla danışaraq keçmək, qulaqlıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə yolverilməzdir. Avtomobilin tam dayandığına əmin olduqdan sonra yolu keçmək lazımdır. Eyni zamanda sürücülərə müraciət edirik ki, piyada keçidlərini keçərkən diqqətli olsunlar, tələsməsinlər, piyada keçidində olan piyadaların yolu sərbəst keçmələrinə şərait yaratsınlar. Bundan əlavə, işıq cihazlarından düzgün istifadə etməyi, yolda sürət həddinə riayət edərək, xüsusilə də günün qaranlıq vaxtlarında və yağmurlu hava şəraitində avtmobili minimum sürət həddi ilə idarə etməyi tövsiyə edirik”.

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkət iştirakçılarını “Yeni il” bayramı münasibəti ilə bir daha təbrik edir, onlara təhlükəsiz yol arzulayır: "Hər bir hərəkət iştirakçısı unutmamalıdır ki, ailə üzvləri onun yolunu gözləyirlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam