Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

"Piyadalar intizamsız hərəkət iştirakçılarıdır"

 

Azərbaycanda piyadalarla bağlı baş verən yol qəzalarının çoxluğu göstərir ki, onlar intizamsız hərəkət iştirakçılarıdır.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə "Trend"-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisinin sözlərinə görə, 2015-ci ilin istər yanvar, istərsə də fevral ayının əvvəllərinin statistikası göstərir ki, respublikada nəqliyyat vasitələrinin sayının artmasına baxmayaraq, əvvəlki illərlə müqayisədə yol qəzalarının, eləcə də ölüm və xəsarət faktlarının sayında azalma müşahidə edilir. Bununla belə, ölkədə qeydə alınan yol qəzalarının və ölüm hallarının əksəriyyətinin piyadaların vurulması ilə bağlı olması ciddi narahatlıq doğurur: “Məsələn, fevral ayının 1-dən 11-dək respublikada 97 yol qəzası qeydə alınıb. Nəticədə 27 nəfər ölüb, 131 nəfər yaralanıb. Bunlardan 35 hadisə piyadaların vurulması ilə bağlı olub. Bu zaman 11 nəfər ölüb, 30 nəfər yaralanıb. Piyadalarla bağlı baş verən yol qəzalarının çoxluğu göstərir ki, onlar intizamsız hərəkət iştirakçılarıdır. Piyadalar həyatlarını təhlükə altında qoymamalı, onlar üçün müəyyən edilmiş keçidlərdən keçməli, işıqforun onların hərəkətinə icazə verən işğının yanmasını gözləməli, özlərini hərəkətdə olan avtomobillərin qabağına atmamalıdırlar”.

K.Əliyev eyni zamanda, qeyd edib ki, sürücülər də piyadaların avtomobillərin qarşısına qəfil çıxa bilmələri ehtimalını nəzərə alaraq, hətta piyada səkidə göründükdə belə müəyyən ehtiyat tədbirlərini görməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam