Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“Medium” saytı: "Ağ evin İran siyasətini tənqid edənlər təqibə məruz qalır"

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) rəsmi Vaşinqtonun İran siyasətini tənqid edən şəxsləri təqib edir.

Yenixeber.org:  Bu barədə ABŞ-ın “Medium.com” saytı xəbər yayıb. Sayt bildirir ki, İranın təşkilatçılığı ilə hər il “New Horizon” adlı konfrans keçirilir. Konfransa dünyanın müxtəlif dövlətlərindən siyasi xadimlər, diplomatlar, jurnalistlər qatılır və qlobal problemləri müzakirə edirlər. Ötən il Məşhəd şəhərində keçirilən konfransda ABŞ Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Maykl Mulf da iştirak edib. Lakin konfransdan qayıtdıqdan sonra M. Mulfun evinə gələn FTB əməkdaşları onu sorğu-suala tutub və hədələyiblər. Ona bildiriblər ki, bir də İranın təşkil etdiyi hər hansı beynəlxalq tədbirdə iştirak etsə, böyük problemlərlə qarşılaşacaq.

“Medium.com” saytında məqalə ilə çıxış edən media eksperti Sandera Haksa nəzərə çatdırır ki, M.Mulfla yanaşı, keçmiş diplomat Maykl Sprinqman da təqiblərə məruz qalıb. Bu ilin sentyabrında Livanda İranın təşkilatçılığı ilə yenə də “New Horizon” konfransı keçiriləcək. Bu konfransa dəvət alan M.Spriqman FTB-yə dəvət olunub. Ona bildiriblər ki, əgər konfransda iştirakdan imtina etməsə, həbs oluna bilər.

İranın “Fars news” informasiya agentliyi ABŞ mətbuatına istinadla yazır ki, 2015-ci ildə Tehranda keçirilən konfransda iştirak edən tanınmış Afrika əsilli amerikalı professor Vernelli Rendal da təqiblərlə üzləşib. FTB əməkdaşları professoru İrana qarşı bəyanat verməyə məcbur etmək istəyiblər. Lakin o, bundan boyun qaçırıb.

Xatırladaq ki, “New Horizon” konfransı İranın tanınmış jurnalisti Nadir Talıbzadənin təşəbbüsü ilə keçirilir. Müxtəlif ölkələrdə təşkil olunan konfransa maraq getdikcə artır. İştirakçılarla yanaşı, tədbiri işıqlandırmaq istəyən media orqanlarının da sayı çoxalır. Sentyabrda Beyrutda keçiriləcək növbəti konfransda 2 mindən çox şəxsin iştirak edəcəyi gözlənilir. Təsadüfi deyil ki, ABŞ Maliyyə Nazirliyi cari ilin fevralında bu konfransı “sanksiyalar siyahısına” əlavə edib (azərtac).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam