Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

ABŞ-ın kəşfiyyat zabiti İrana casusluqda ittiham olunur –Hərbi Hava Donanmasının məxfi məlumatları Tehrana ötürülüb

ABŞ-ın Ədliyyə Nazirliyi ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat zabitini İrana casusluq etməkdə ittiham edir. Monika Vitt, Vaşinqtonun təbirincə deyilərsə, İrana ABŞ-ın kəşfiyyat zabitlərini hədəfləyən kibercasusluq əməliyyatına dəstək verib.

 Yenixeber.org: İttihamnamədə deyilir ki, Monika Vitt ABŞ Hərbi Hava Qüvvələri kəşfiyyat zabitinin məxfiliyini açıb və 2013-cü ildə İranın tərəfinə keçdikdən sonra İran İslam Keşikçiləri Korpusuna ABŞ hərbiyyəsini hədəfləməkldə kömək edib.

ABŞ rəsmiləri bildirirlər ki, Vitt uzun illər ABŞ Hərbi Hava Donanmasının əks-kəşfiyyatında işləyib və “ideoloji” baxımdan öz ölkəsinə qarşı çıxıb. Fevralın 13-də Birləşmiş Ştatlar habelə kiberhücumlarda iştirakı olan dörd İran vətəndaşına qarşı ittiham irəli sürüb.

Vaşinqton eyni zamanda İranda mənzillənmiş iki vahidə: №New Horizon Organization” və “Net Peygard Samavat” şirkətlərinə sanksiyalar qoyub.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, “Net Peygard” Birləşmiş Ştatların indiki və keçmiş hökumətlərinə və hərbi heyətlərinə qarşı ziyanlı kiberhücum əməliyyatları keçirib, “New Horizon” şirkəti isə İslam İnqilabı Keşikçiləri Korpusunun xarici iştirakçılardan məlumat toplaması və onları casusluğa cəlb etməsi üçün şərait yaratmaq məqsədilə beynəlxalq toplantılar təşkil edib.

Vittin özü də “New Horizon” şirkətinin təşkil etdiyi iki beynəlxalq konfransda iştirak edib. ABŞ rəsmiləri bildirirlər ki, Vitt Birləşmiş Ştatların hərbi hava donanmasında əks-kəşfiyyat zabiti kimi 1997-2008-ci illərdə xidmət edib.("Azadlıq" radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam