Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünyanın gözü Münhendə:140 ölkə bir yerə toplanır

 

Bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır. Konfrans 17 fevrala qədər davam edəcək.

Yenixeber.org: Bu il sözügedən konfransda 40 ölkə dövlət başçısı, 100 ölkə isə xarici işlər və müdafiə naziri səviyyəsində təmsil olunacaq. Həmçinin konfransda 600 təhlükəsizlik siyasəti mütəxəssisinin iştirak edəcəyi gözlənilir.

55-ci Münhen Təhlükəsizlik Konfransında həmçinin Almaniya kansleri Angela Merkel, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini, NATO Baş katibi Yens Stoltenberq iştirak edəcək.

Azərbaycanın konfransda Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edir.

Konfransa aktual qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 1963-ci ildən bu günədək Almaniyanın Münhen şəhərində keçirilən illik konfransdır.

Münhendə ilk konfrans 1963-cü ildə məşhur almaniyalı hərbi tarixçi və jurnalist Evald von Kleistin təşəbbüsü ilə keçirilib. 1993-cü ilə qədər Xristian İctimai Birliyinin himayəsi altında keçirilən və Hərbi Məsələlər Konfransı adlanan forum 1998-ci ildən sonra Almaniya hökuməti tərəfindən maliyyələşməyə başlayıb.

Soyuq müharibədən sonra konfransda Rusiya da daxil olmaqla, NATO-ya üzv olmayan Avropa ölkələri də iştirak etməyə başlayıb.

Hazırda Münhen konfransı NATO ölkələri müdafiə şurasının iclası kimi keçirilir və dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi beynəlxalq diskussiya forumuna çevrilib. Konfransda Çin, Hindistan, Filippin, Yaponiya, Sinqapur və digər ölkələrin nümayəndələri də iştirak edirlər.

1992-ci ildən forum "Təhlükəsizlik Siyasəti Konfransı", 2008-ci ildən isə "Münhen Təhlükəsizlik Konfransı" adlanmağa başlayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam