Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ombudsmandan seçki ilə bağlı açıqlama

 

"İndiyə qədər bələdiyyə seçkilərində hər hansı pozuntularla bağlı bizə müraciət olunmayıb".

"Xeberinfo.com":  Məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.

Lakin E.Süleymanova hansısa müraciətlərin olacağını istisna etməyib: "İndiyə qədər hansısa pozuntu halları müşahidə etməmişik, amma yenə də hansısa müraciətlərin daxil olacağını istisna etmirəm. Seçkilər qurtarandan sonra belə şeylər olur. Keçən dəfə də belə olmuşdu. Demək istəyirəm ki, bunların heç biri diqqətdən kənarda qalmır. Həmin an müraciətlər Mərkəzi Seçki Komissiyasına göndərilir və orada da lazımi tədbirlər görülür. Bildiyiniz kimi, keçən bələdiyyə seçkiləri zamanı da bir sıra seçki məntəqələrinin nəticələri ləğv olundu".

O, əlavə edib ki, cəzaçəkmə məntəqələrində Ombudsman Aparatının nümayəndələri seçki prosesini müşahidə ediblər və oradan da hər hansı şikayət və ya narazılıq eşitməyiblər.

Onun sözlərinə görə, hər bir cəzaçəkmə müəssisələrində seçki məntəqələri yaradılıb və məhkumlar mütəşəkkil qaydada səs verirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam