Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

“Mirzəzadə” Beauty Center-də müştəriləri aldadırlar-DE-FAKTO

media-97

Bu salonun açıq-aşkar qeyri-etik qazanc sxemi mövcuddur. “Endirim” adı altında Instagram-da reklam edərək müştəriləri salona cəlb edirlər. Lakin müştəri salona çatdıqda qarşısına tamamilə fərqli, həddindən artıq yüksək qiymətlər çıxarılır.”

Yenixeber.org: Bu sözləri jurnalist Fəridə Nizamiqızı @feride_nizamiqizi Instagram hesabında yazıb. O bildirib ki, yazışmaları sübut kimi göstərdikdə isə məsuliyyəti üzərindən atmağa, deyilənləri inkar etməyə çalışır, hətta “şərçi” adlandıraraq təhlükəli və təhqiramiz davranış sərgiləyirlər.

Jurnalistin sözlərinə görə, bundan əlavə, Instagram-da başqa bir salonun adı ilə eyni adlı səhifə yaradılaraq, həmin salonun müştərilərini yanıltmaq və cəlb etmək cəhdləri də müşahidə olunur. İddialar həmin eyni adlı salonun səhifəsində paylaşılan yazılara əsaslanır.

O, qeyd edib ki, yuxarıda qeyd olunan bu cür əməllərin hüquqi adı var – aldatma və fırıldaqçılıq. Onun sözlərinə görə, ölkə qanunvericiliyi bu tip hallara qarşı kifayət qədər ciddi və effektiv şəkildə işləyir. O bildirib ki, zaman-zaman bu mövzu ilə bağlı, boş vaxtı olduqca ictimaiyyətlə paylaşımlar edəcək.

Məqsədi kimisə qaralamaq deyil, insanların məlumatlı olması və bu cür halların qurbanına çevrilməməsidir. O, vətəndaşlara çağırış edərək bu salona qarşı diqqətli olmağı tövsiyə edib və qeyd edib ki, sözügedən məkanla bağlı şikayətləri şəxsi mesajla deyil, rəsmi qaydada aidiyyəti qurumlara təqdim etmək daha məqsədəuyğundur ki, başqalarına da zərər dəyməsin.

Qeyd edək ki, çəkiliş zamanı müştəri xanımlardan biri aldadıldığını etiraf edib. O bildirib ki, prosedurun 30 manat olduğu deyilsə də, salonda ondan 250 manat tələb olunub. Müştəri məcbur qalaraq 130 manat ödədiyini deyib.(patrulaz.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam