Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Trampın xüsusi nümayəndəsi: Ukrayna üzrə nizamlanma yekun mərhələyə keçib

 

Ukrayna üzrə sülh prosesi artıq yekun mərhələyə keçib və danışıqlar hazırda yalnız bir əsas məsələnin həlli üzərində cəmləşib.

Yenixeber.org xəbər verir ki, bu bəyanatı ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Davos Dünya İqtisadi Forumunda panel müzakirəsində deyib.

Uitkoff bildirib ki, tərəflər bu məsələ ilə bağlı bir neçə variantı müzakirə ediblər və bu da problemin həll edilə bilən olduğunu göstərir.

“Əgər hər iki tərəf səmimi şəkildə bu problemi həll etmək istəyirsə, o zaman bu mütləq baş verəcək”, – o vurğulayıb.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi, həmçinin, bu gün axşam Moskvaya səfər edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, Moskva səfərindən sonra Əbu-Dabiyə yollanacaq və burada Ukrayna üzrə işçi qrupları səviyyəsində təmaslar keçiriləcək.

Uitkoff qeyd edib ki, ABŞ Ukrayna münaqişəsinin uğurla nizamlanmasında qətiyyətlidir və bu istiqamətdə diplomatik səylər davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam