Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MSK-da seçkilərlə bağlı şikayətlərə baxılıb

 

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş müraciətlərə baxılıb.

"Xeberinfo.com":   APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov deyib ki, Seçki Məcəlləsinin tələbinə əsasən seçkilərlə bağlı müraciətlərə dərhal baxılmalıdır və dekabrın 24-ü günün sonuna qədər müraciətlər daxil olarsa, həmin müraciətlərə baxılacaq.

MSK katibi Arifə Muxtarova bildirib ki, MSK-ya müraciət edən 51 saylı Qusar Seçki Dairəsində Həzrə bələdiyyəsi üzrə bələdiyyə üzvlüyünə namizəd N. Əliyev bu seçki dairəsində 52, 53 və 54 saylı məntəqələr üzrə seçkinin nəticələrinin ləğv edilməsini istəyib. A. Muxtarova qeyd edib ki, 51 saylı Qusar Dairə Seçki Komissiyasına müraciət olunubsa, məsələyə MSK-da baxılmasına ehtiyac yoxdur. Bununla bağlı şikayətin DSK-ya göndərilib-göndərilmədiyini dəqiqləşdirmək üçün M. Pənahov MSK-nın təşkilat şöbəsinə tapşırıq verib.

Sonra 85 saylı Şamaxı Seçki Dairəsində Göylər bələdiyyəsi üzrə 20 saylı seçki məntəqəsində, 74 saylı Lənkəran Kənd Seçki Dairəsində Lüvəsər bələdiyyəsi üzrə bəzi seçki məntəqələrdə, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində Kərimli bələdiyyəsi üzrə 21 və 22 saylı seçki məntəqələrində nəticələrin ləğvi barədə bələdiyyə üzvlüyünə namizədlərin müraciətlərinin baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərarlar qəbul edilib.

82 saylı Ağcabədi Seçki Dairəsində Şənlik kənd bələdiyyəsi üzrə bəzi məntəqələrdə nəticələrin ləğv edilməsi barədə bir qrup kənd sakininin müraciətinin də DSK-ya göndərilməsi qərara alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam