Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Pezeşkiandan hakimiyyətə ÇAĞIRIŞ: səhvləri etiraf edin!

Pezeşkian hakimiyyətə çağırış etdi: səhvləri etiraf edin!

İran Prezidenti Məsud Pezeşkian ölkə rəhbərliyinin idarəetmədə yol verilmiş səhvləri açıq şəkildə etiraf etməli və onların aradan qaldırılması istiqamətində real addımlar atmalı olduğunu bildirib.

Yenixeber.org: Onun sözlərinə görə, mövcud problemlərin inkar edilməsi və məsuliyyətin başqalarının üzərinə atılması müsbət nəticə verməyəcək.

Məlumata görə, Prezident vurğulayıb ki, əhalinin, xüsusilə də yoxsul və həssas sosial qrupların şikayət və tələblərinin görməzlikdən gəlinməsi cəmiyyətdə narazılığın artmasına səbəb ola bilər. Pezeşkianın fikrincə, dövlət institutlarının sosial problemlərə laqeyd münasibəti ictimai qəzəbə, zorakılığa, vətəndaşların dövlətdən uzaqlaşmasına və mövcud sistemə etimadın itirilməsinə yol aça bilər.

İran Prezidenti qeyd edib ki, ölkədə sabitliyin qorunması üçün hakimiyyət orqanları cəmiyyətin gözləntilərinə vaxtında reaksiya verməli, insanların üzləşdiyi real çətinlikləri nəzərə almalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam