Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saray qəsəbəsində Parket Fabrikinin tikintisinə necə icazə verilib?! –FOTOLAR+VİDEO

Obyekti yaşayış evlərindən 10-15 metr məsafə ayırır. Üstündən keçən elektrik xətti isə nə az-nə çox, 110000 kilovltluqdur(?)  

Yenixeber.org: Bakı-Sumqayıt yolunun Saray qəsəbəsi ərzindən keçən hissəsində- “Azpetrol” Yanacaqdoldurma məntəqəsindən sonra-heç də kiçik olmayan obyekt inşa edilir. Yaxınlıqda yaşayan qəsəbə sakinlərinin Yenixeber.org-a verdiyi məlumata görə, obyektin tikintisi yaratdığı narahatlıqlarla bərabər, həm də məlum tikinti norma və qaydalarına uyğun deyil...Yaşayış massivində yerləşməklə bərabər, yüksəkgərginlikli elektrik xəttinin altında yerləşir. Ki, bu da, real təhlükə mənbəyi deməkdir.

Məlumatla bağlı əməkdaşımız sözügedən ünvanda olub...Məlum olub ki, inşa edliən obyekt parket istehsalı üçün nəzərdə tutulan fabrik olacaq. (Xeyrili-uğurlu olsun Red.)

Həm də, o məlum olub ki, həqiqətən də, obyekti yaşayış evlərindən 10-15 metr məsafə ayırır. Üstündən keçən elektrik xətti isə nə az-nə çox, 110000 kilovltluqdur(?)  

Bunun isə nə demək olduğunun geniş izaha ehtiyacı yoxdur...

Maraqlıdır, kimsə bir quşdamı tikəndə dəxilli-dəxilsiz “N” sayda qurumdan “qoltuğupapqalılar” peyda olur...Bəs belə isə nə əcəb, bu fabrikin tikintisi “gözəgörünməz” olub?!

Biz Yenixeber.org olaraq bu məsələ ilə bağlı həm “Azərenerji” ASC-nin idarə heyətinin sədri cənab Balababa Rzayevə, həm də Abşeron Rayon İcra hakimiyyətinin başçısı cənab Abidin Fərzəliyevə rəsmi sorğu ünvanlamışıq. (Video və fotolarla)

Təəssüf ki, hələ də sorğumuza cavab yoxdur(?)

Ümid edək ki, gec də olsa, sorğumuza cavab alıb, geniş yazı hazırlaya biləcəyik.    

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam