Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

MSK daha bir məntəqədə seçkinin nəticəsini ləğv etdi

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 


"Xeberinfo.com":  Məlumata görə, iclasda Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb.


71 saylı Masallı Kənd Seçki Dairəsində 4 saylı məntəqənin seçki nəticələri ləğv edilib. Belə ki, həmin dairədən namizəd Hikmət Xanməmmədovun qanun pozuntuları ilə bağlı MSK-ya daxil olan müraciəti Ekspert Qrupu tərəfindən araşdırılıb. Namizəd müraciətində iddia edib ki, dairənin 2, 3, 4, 5, 6, 37 və 38 saylı məntəqələrində qanun pozuntuları baş verib. Ekspert Qrupu məsələni araşdırıb, məlum olub ki, 4 saylı məntəqədən başqa digər məntəqələrdə seçkilər şəffaf keçirilib. Buna görə də həmin məntəqədə seçkinin nəticəsi ləğv edilib.
Daha sonra 27 saylı Sabunçu Seçki Dairəsində Kürdəxanı, 64 saylı Sabirabad Seçki Dairəsində Nizami, 55 saylı Xaçmaz Seçki Dairəsində Qaraqurdlu, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Mahmudavar, 82 saylı Ağcabədi Seçki Dairəsində Şahsevən, 109 saylı Balakən Seçki Dairəsində Balakən, 70 saylı Masallı Şəhər Seçki Dairəsində Çaxırlı bələdiyyələri üzrə namizədlərdən daxil olan şikayət xarakterli müraciətlərə baxılıb. Bu şikayətlərin bir qismi təmin olunmayıb, digər müraciətlər isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec göndərilidiyinə görə geri qaytarılıb.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam