Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

NATO-nun Baş katibinin müavini Bakıdadır -FOTOLAR

NATO-nun Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfər edib
NATO-nun Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfər edib.

Yenixeber.org: Səfər proqramı çərçivəsində Şekerinska ADA Universitetini ziyarət edib və universitetin prorektoru, eyni zamanda Milli Məclisin deputatı Fariz İsmayılzadə ilə görüşüb.

Baş katibin müavini həmçinin universitetin müəllim heyəti və tələbələri ilə görüşərək NATO və onun əsas vəzifələri, alyansın sülh və təhlükəsizliyin təmin olunmasındakı rolu, eləcə də sülh naminə tərəfdaşlıq çərçivəsində Azərbaycan–NATO əməkdaşlığı barədə səmərəli müzakirələr aparıb.

Görüşdə Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında fəal və etibarlı tərəfdaş kimi töhfələri, o cümlədən Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının (RSM) son mərhələsində müttəfiq qüvvələrin təhlükəsiz təxliyəsinin təmin edilməsində göstərdiyi mühüm dəstək, həmçinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr diqqətə çatdırılıb.

Fariz İsmayılzadə Baş katibin müavinini universitetin təhsil proqramları və fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri və təhsilin inkişafına yönəlmiş təşəbbüsləri barədə məlumatlandırıb.

Şekerinska, həmçinin universitetin müasir kampusu və infrastrukturu ilə tanış olmaq üçün ADA Universitetini gəzib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam