Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

MSK saat 17:00-a olan seçici fəallığını açıqladı

 

Saat 17:00-a olan məlumata görə, bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 36.38 faiz təşkil edib.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib.

Onun sözlərinə görə, indiyə qədər 4 819 382 seçicidən 1 753 394 nəfəri səs verib.

R.Gülməmmədov qeyd edib ki, indiyə qədər MSK-nın "qaynar xətt"inə, poçt ünvanına və "facebook" səhifəsinə 115-ə yaxın müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub və həmin müraciətlər operativ şəkildə cavablandırılıb. İndiyə qədər hər hansı şikayət daxil olmayıb.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.

Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.


Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.

Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam