Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Son üç ildə 25 milyonluq keytring xidməti göstərən Ziyafət Fərzəliyevin rolu əslində nədir? -DE-FAKTO

sxa-katring 

“Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən elan edilmiş Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinləri üçün hazır yeməyin satın alınması üzrə keçirilən açıq tenderdə fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN: 1803349532) qalib elan edilmiş və qeyd edilən təchizatçı ilə 9.179.336,82 AZN məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 19.01.2026-cı ildə dərc edilmişdir.

Yenixeber.org: Qeyd edək ki, bu Sosial Xidmətlər Agentliyi ilə fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev arasında bağlanan ilk müqavilə deyil.

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması üzrə 9.308.116,12 manat məbləğində müqavilə 26.12.2024-cü ildə bağlanılıb.

Şərtlər toplusuna görə fiziki şəxs Ziyafət Fərzəliyev Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 21 müəsisəni sutkada 3 dəfə yeməklə təchiz etməli olub. Onlardan bir neçəsini diqqətinizə çatdıdırıq.

1

Hazır yeməyin alınması (sutkada 3 dəfə)

1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 84) – 200 çarpayı

73.000

ədəd

2

Hazır yeməyin alınması (sutkada 3 dəfə)

2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi (Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi, 17) – 170 çarpayı

62.050

ədəd

3

Hazır yeməyin alınması (sutkada 3 dəfə)

1 saylı psixonevroloji sosial xidmət müəssisəsi (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Beynəlmiləl küçəsi, 20/22) – 217 çarpayı

79.205

ədəd

4

Hazır yeməyin alınması (sutkada 3 dəfə)

2 saylı psixonevroloji sosial xidmət müəssisəsi (Şamaxı şəhəri, Nərimanov küçəsi, 106) – 178 çarpayı

64.970

ədəd

5

Hazır yeməyin alınması (sutkada 3 dəfə)

3 saylı psixonevroloji sosial xidmət müəssisəsi (Göygöl rayonu, Qırıqlı kəndi) – 135 çarpayı

49.275

ədəd

6

Hazır yeməyin alınması (sutkada 3 dəfə)

4 saylı psixonevroloji sosial xidmət müəssisəsi (Gəncə şəhəri, Qurtuluş küçəsi, 77) – 110 çarpayı

40.150

ədəd

7

Hazır yeməyin alınması (sutkada 3 dəfə)

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi, 24) – 300 çarpayı

109.500

ədəd

8

Hazır yeməyin alınması (sutkada 3 dəfə)

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi (Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu, 1-ci km, 33) – 125 çarpayı

45.625

ədəd

9

Hazır yeməyin alınması (sutkada 3 dəfə)

Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzi (Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Qarayev küçəsi, 14) – 200 çarpayı

73.000

ədəd

10

Hazır yeməyin alınması (sutkada 3 dəfə)

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi (Qobustan şəhəri, Dərəkənd yolunun sağ hissəsi) – 50 çarpayı

18.250

ədəd

Göründüyü kimi 2025-ci ildə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə 73 min ədəd hazır yemək çatdırılıb.

Qeyd edək ki, bir nəfərin sutkada 3 dəfə olmaqla hazır yeməklə təmin olması üçün il ərzində 1095 ədəd qablaşdırılmız yemək lazımdır. 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqların sayı bəlli olmadığından bu 73 min ədəd hazır yeməyin neçə nəfər üçün təşkil olunduğu bəlli deyil.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yemək ilə təmin edilməsi xidmətlərinin satın alınması üzrə fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyevlə 430.000 manat dəyərində bir müqavilə 07.01.2024-cü ildə, 6.422.706,08 manat dəyərində bir müqavilə də 10.01.2023-cü ildə bağlayıb.

Göründüyü kimi Sosial Xidmətlər Agentliyi tabeliyində olan 21 müəssisəni sutkada 3 dəfə yeməklə təchiz etmək üçün fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyevin idarəetməsində ən azı 15 avtomobilin və yüzlərlə işçisinin olması lazımdır ki, yeməklər hər gün səhər, günorta, axşam müəssisələlərə vaxtında çatdırıla bilsin.

Qeyd edək ki, fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN:1803349532) vergi ödəyicisi kimi Bakı şəhəri, Sabunçu rayonu , Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsi ev y/m də qeydiyyatdadır. Hazırki günə onun 21 715.74 manat vergi borcu var. Ziyafət Fərzəliyevin barəsində rəsmi mənbələrdə olan məlumatlar bu qədərdir.

Göründüyü kimi “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi fiziki şəxs Ziyafət Fərzəliyev ilə Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinləri üçün hazır yeməyin satın alınması üzrə 2023-2026-cı illərdə ümumi dəyəri 25 340 258 manat olan 4 satınalma müqaviləsi bağlayıb.

Bizim əldə etdiyimiz məlumatlara görə isə fiziki şəxs Ziyafət Fərzəliyev də öz növbəsində maddi texniki bazası olan subpodratçı şirkətlərlə müqavilə bağlayaraq sosial xidmət müəssisələri üçün hazır yeməyin təşkilini onlara həvale edib.

Ortaya sual çıxır. Burada fiziki şəxs Ziyafət Fərzəliyevin rolu nədən ibarətdir? Qeyd edək ki, onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdu. Sosial Xidmətlər Agentliyindən əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə tabeli digər bir neçə qurumun da keçirdiyi satınalmaların qalibi olub.

Ziyafət Fərzəliyevin rolu isə büdcədən ayrılan vəsaitləri alıb ucuz qiymətə keytring xidməti göstərən şirkətlərə vermək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində ona havadarlaıq edənin payını da təbbi ki, Ziyafət Fərzəliyev çatdırır.(aktualinfo.net)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam