Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda 5 nəfər dəm qazından öldü -Birinin 10 yaşı var /YENİLƏNİB

 

Bakıda daha iki nəfər dəm qazından ölüb.

Yenixeber.org xəbər verir ki, 2001-ci il təvəllüdlü Əhmədəli Əhmədzadənin meyiti dünən saat 21 radələrində yaşadığı Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsindəki evdə tapılıb.

Onun hamam otağında dəm qazından zəhərlənərək öldüyü müəyyənləşib.

Oxşar hadisə Binəqədi rayonunda da baş verib. 2006-cı il təvəllüdlü Fərəc Nazim oğlu Rzayev dünən yaşadığı Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

***

Bu gecə saaat 01 radələrində isə 2016-cı il təvəllüdlü Uğur Samid oğlu Vəlizadə yaşadığı Binəqədi rayonu E.Babayev küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan 10 yaşlı oğlan vəfat edib.

Xəzər rayonunda isə 2 nəfər dəm qazının qurbanı olub. Buzovna qəsəbə sakini 2012-ci il təvəllüdlü Əli İsmayıl oğlu Nəsirov və Binə qəsəbə sakini 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadıqları evin hamam otaqlarında dəm qazından zəhərlənərək ölüblər.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam