Xəbər verdiyimiz kimi, “Aqrar İnnovasiya və Təzhizat” şirkətinin həbsdə olan keçmiş işçisi Elvin Məmmədlinin ailə üzvləri və ailə yaxını Vəlizadə Toğrul 32gun.az-a müraciət edərək, onun 7 il müddətinə azadlıqdan məhrum edilməsinin ədalətsiz olduğunu və məsuliyyətin yalnız onun üzərinə qoyulmasının doğru olmadığını bildiriblər.Yenixeber.org: Ailə iddia edir ki, Feyruz Tağıyev və qardaşı Çingiz Tağıyev , Hakdari Elnur, “Rövşənoğlu” qardaşları və bir neçə digər fiziki şəxs kənd təsərrüfatı sahəsində dövlət vəsaitlərini mənimsəyərək qanunsuz əməliyyatlar aparır. Onlar “obnaliçka” əməliyyatları, subsidiyaların və gübrə satışlarının şişirdilmiş qiymətlərlə həyata keçirildiyini, milyonlarla manatın qeyri-qanuni məqsədlərə yönəldildiyini vurğulayırlar. Ailənin sözlərinə görə, bu qanunsuzluqlara qarşı tədbir görülmür, yalnız Elvin Məmmədli həbs olunub. Redaksiyamız məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərib və adı çəkilənlərin mövqeyini dərc etməyə hazırdır. Eyni şəxslərin əvvəllər də oxşar hallarda adlarının hallandığı görüntülər mövcuddur.
Bildirilir ki, bu faktlarla bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edilsə də, hələlik nəticə yoxdur.
Biz də media qurumu olaraq şikayətdə adı keçən şəxslər Tovuzdan olan Tağıyev Feyruz və Qubadan olan Hakdari Elnur ilə əlaqə saxlayıb məsələ ilə bağlı suallarımızı ünvaladıq. Lakin nədənsə hər iki adıkeçən şəxs suallarımıza cavab verməyib.
İstər internet resurslarında, istərsə də digər mənbələrdə axtarış etdiyimiz zaman ötən yazıda adı keçən şəxslərlə bağlı bəzi məlumatlar əldə etmişik.

Dövlət işində çalışdığı deyilən Feyruz Tağıyev Maliyyə Nazirliyi Qazax-Tovuz regional idarəsində çalışır.

Sosial şəbəkələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, nazirlik əməkdaşı Feyruz Tağıyev geniş coğrafiyanı əhatə edən lüks səyahətləri və dünya turu ilə diqqət mərkəzindədir. O, Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Dubay şəhərinin simvolları sayılan Burj Khalifa və Dubai Mall ətrafında görüntülənmiş, həmçinin Rusiyanın Jeleznovodsk şəhərindəki tanınmış sanatoriyalarda istirahət etmişdir. Türkiyəyə etdiyi çoxsaylı səfərlər çərçivəsində İstanbulun Boğaz mənzərəli elit məkanlarında və Antalyada vaxt keçirən Feyruz Tağıyev, hətta məşhur müğənni Sibel Canın Türkiyədə baş tutan özəl konsertində də iştirak edib. Nazirlik rəsmisinin müxtəlif ölkələrdən paylaşdığı bu rəngli görüntülər diqqətimizdən yayınmayıb.
Təbii ki, bu səfərlərdən bəzilərində qardaşı Çingiz Tağıyev də onunla olub.Məhərrəmova Ülviyyə Ənvər qızı, Şəmkir rayonunun Mahmudlu kəndindən olan şəxsdir. O, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) sistemində təchizatçı kimi qeydiyyatdan keçib və əsasən pestisid, toxum və gübrə ticarəti ilə məşğul olub. Fəaliyyət sahəsi Əkinçilik, Toxumçuluq və Gübrələrdir. Ünvanı Şəmkir rayonu, Mahmudlu kəndidir.

Həmçinin qeyd etdiyimiz kimi, "Rövşanoğlu Holdinq"in sahibi Toğrul və Turqay Nağızadə qardaşlarına məxsusdur. Toğrul Nağızadə həmçinin “Rövşanoğlu Holdinq”in təsisçisidir. Holdinqin tərkibinə “Rövşənoğlu Tarla” MMC, “Rövşənoğlu Bağları” MMC, “Smart Trade” MMC, “FERAS KİMYA ZİRAİ ILAÇ”, “Luxoil Group” MMC, “Rövşənoğlu İnşaat” MMC, “Rövşənoğlu İstilikxana” MMC, “Rövşənoğlu Plast” MMC, “Agronext Kimya”, “Rövşanoğlu Toxumçu” MMC və “Multi Tohum Tarım” şirkətlərinin distribyutoru kimi fəaliyyət göstərən qurumlar daxildir. 2023-cü ildən “Gold Palace Şadlıq Sarayı” və “Oscar Az Sement Zavodu” MMC də holdinqin tərkibində fəaliyyətə başlayıb.
Elnur Hakdari vaxtilə eyni məsələ ilə bağlı adlarının hallanıb. Beş il əvvəl lentə alınmış görüntülərdən də görünür o bu məsələ ilə bağlı əməliyyat zamanı saxlanılıbmış.
Qeyd: Qarşı tərəflərin mövqeyini öyrənmək və dərc etmək üçün səylərimizi davam etdiririk.(Teref)
Ayaz