Ruhani müsəlmanlara çağırış etdi:Savaş başlayıb...
ABŞ iqtisadi sanksiyalar və blokada siyasəti ilə İranı təzyiq altında saxlamağa çalışır.
Yenixeber.org: Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
"Bu iqtisadi savaşda düşmənə qalib gələcəyimizə şübhə etmirəm. Xalqımız öz mübarizə əzmi ilə bu savaşdan qalib çıxacaq", - Ruhani bildirib.
İran prezidenti bütün müsəlmanlara çağırış edərək bunları deyib:
"Müsəlmanlar Fələstin xalqının öz haqqını qorumasına, miqrantların evlərinə qayıtmasına və Qüdsün müstəqil Fələstinin paytaxtı olmasına yardım etməlidir".