Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bütün Rusiya azərbaycanlı Baxış Kərimovun qəhrəmanlığından danışır– FOTO

Bütün Rusiya azərbaycanlı Baxış Kərimovun qəhrəmanlığından danışır

 

Rusiyanın Sverdlovsk vilayətində polis əməkdaşı həyət evində yanğının baş verdiyini görür və çoxuşaqlı ailəni xilas etməyə atılır. Bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib

 

Yenixeber.org:  “Rusiya DİN ”Zareçnı” bələdiyyələrarası şöbəsinin YPX müfəttişi, polis kiçik leytenantı Baxış Kərimov xidmətdən qayıdarkən Kamenski rayonunun Pervomayski qəsəbəsində yanan ev görür. Polis dərhal yanğınsöndürənləri çağırır və düşünmədən insanları xilas etməyə tələsir”, - Volk deyib.

Polis əməkdaşı pəncərələrin şüşələrini sındırır, yatmış ev sahiblərini – qadını və kişini oyadır, sonradan öyrənir ki, evdə dörd uşaq var. Kərimov balacaları tapır, onları küçəyə çıxarır və sonra yenidən evdə qalanları xilas etmək üçün qayıdır.

Qeyd olunur ki, yanğınsöndürənlər hadisə yerinə gəldikləri vaxt bütün ev alov içində idi. Hazırda rayon polis idarəsi Kərimovu mükafatlandırmağa hazırlaşır. Baxış Kərimovun qəhrəmancasına hərəkəti barədə bütün Rusiya kütləvi informasiya vasitələri yazır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam