Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

İlham Əliyev Sarkisyanla görüşəcək

 

Rusiya KİV-i: İlham Əliyev Sarkisyanla görüşəcək

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçiriləcək.

Yenixeber.org: Bu barədə "Rosbalt" agentliyi məlumat yayıb. Bildirilib ki, görüş BMT-nin baş katibi Antonio Qutereş tərəfindən müsbət hal kimi qiymətləndirilib. 

Agentlik Azərbaycanın işğal altında olan bəzi ərazilərinin geri qaytarılması barədəErmənistanın xarici işlər naziri Edvard Nalbandyanın bəyanatını xatırladıb. Nəşr qeyd edir ki, verilən bəyanat fonunda Bakı maraqlı mövqe tutub. 

Məlumatda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin çıxışına xüsusi yer ayrılıb: "Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovATƏT-in Minsk qrupunun münaqişəyə dair danışıqlar prosesini davam etdirmək üçün bəzi maraqlı təkliflərini dəstəklədiyini bildirib."

H.Hacıyev məsələ ilə bağlı konkret təkliflər səsləndirməyib.

Agentliyin analitikləri hesab edirlər ki, mövcud durumda rəsmi Bakı Əliyev-Sarkisyan görüşünün keçirilməsində maraqlıdır. 

Nəşrin xəbərinə görə, Moskva regionda vasitəçi statusu və mövqeyindən istifadə etmək üçün irəli sürülən planı "Lavrov planı" adlandırıb. (azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam