Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bəyanat:Azərbaycan və Ermənistan prezidentləri təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanat yayılıb.

Yenixeber.org: Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bəyanatda deyilir:

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezident Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçirdilər.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa, Endrü Şefer - Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişik də qatılıb".

Bəyanatda qeyd olunur ki, görüş konstruktiv mühitdə keçib:

"Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam