Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XİN Nalbəndyanı yalan və möhtəkirlikdə ittiham etdi

 

Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyi həmsədrlərin mandatına dair 1995-ci il Budapeşt sənədində qeyd olunduğu kimi beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.

"Xeberinfo.com":  Məlumata görə, bunu "Trend"-ə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Eduard Nalbəndyanın Moskvada keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərini şərh edərkən bildirib.

H.Hacıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində isə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb olunur: "Əgər Ermənistan xarici işlər naziri iddia edirsə ki, Ermənistanın münaqişənin həllinə dair mövqeyi beynəlxalq ictimaiyyət və ATƏT Minsk Qrupunun həmsədrlərinin mövqelərinə uyğundur, onda Ermənistan öz işğalçı qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və Böyük Sülh Sazişi üzərində işə başlamalıdır.

Sual olunur ki, bəs onda Ermənistan Böyük Sülh Sazişi üzərində işə başlamaqdan niyə imtina edir və bununla əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ən yüksək səviyyədə olan çağırışlarını rədd edir?".

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri bu bəyanat ilə əslində ölkəsinin rəhbərliyinin danışıqlar prosesində yalan və möhtəkirlik əsasında yürütdüyü siyasətini bir daha ifşa edir: "Ona görə də məqsədyönlü şəkildə danışıqlar prosesini pozan və Azərbaycana qarşı işğal və təcavüz nəticəsində yaranan mövcud status-kvonu saxlamağa çalışan Ermənistana münasibətdə sülhə məcburedici mexanizmlər, o cümlədən sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam