Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

3 şəhidimizin baş daşı qoyulmur – Ailələr nazirliklə İH arasında qalıb

shehid

 

Son aylarda şəhid olan əsgərlərimizdən 3-ünün baş daşı hələ də qoyulmayıb.

Xeberinfo.com:   Bu barədə Xaçmaz rayon sakinləri məlumat yayıb. Xaçmazlılar dördgünlük müharibədə şəhid olan Mirzəyev Elvin və Qayıbov Elvinin, həmçinin may ayında şəhid olan Yüzbəyov Əmrahın qəbirlərinin diqqətsiz qalmasından narazılıqlarını dilə gətiriblər. Məlumata görə, şəhidlərin baş daşlarının Müdafiə Nazirliyi tərəfindən qoyulacağı bildirib. Lakin sonradan onların ailələrinə məlumat verilib ki, baş daşlarını Müdafiə Nazirliyi deyil, Xaçmaz Rayon İcra Hakimiyyəti düzətməlidir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən verilən məlumata görə, şəhidlərin valideynlərinin müraciətində bir az yubanma olub.

Əməkdaşımızın “Şəhidin baş daşının qoyulması üçün ailəsi müraciət etməlidirmi?” sualına isə cavab belə oldu: “Biz heç bir valideynin müraciət etməsini gözləmirik. Məsələ həll olunacaq. Hər 3 şəhidin də qəbir üstü tərəfimizdən düzəldiləcək. Baxmayaraq ki, valideynlər bizə müraciət etmirlər, amma biz o məsələni nəzarətdə saxlayacağıq. Şəhidlərin ailələrinə diqqət olmur dedikdə nəyi nəzərdə tuturlar? İstər yas mərasimləri, istərsə də digər məsələlərdə tərəfimizdən mütəmadi olaraq həmin ailələrlə əlaqə saxlanılır”. (AzNews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam