Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

ADSEA-da "Biz bir ailəyik" siyasəti: "Qudalıq Zümrəsi"nə ucaldılar-Cimmi kimi dostcanlı sədrlə "Coca-Cola" satmaqdan qurtuldu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov barədə mətbuatda və digər internet resurslarında gedən məlumatları araşdırdıq. Qarşımıza çıxan mənzərə heç də ürək açan deyil. Eyni ilə rəhbəri olduğu qurumun şikayətçilər tərəfindən sosial şəbəkələrdə, telekanallarda və mətbuatda vətəndaşlar tərəfindən şiddətli tənqidə məruz qalması kimi... Milyonluq tender müqavilələri, ucu-bucağı görünməz xərclər və su kimi axan pullar...

                             Diqqətçəkən tenderlər

Yenixeber.org: 2024-cü ilin oktyabrında Zaur Mikayılovla Milli Məclisin deputatı Xanlar Fətiyev arasında 746 min manatlıq sövdələşmə baş verib. “SEDAM” MMC ADSEA-nın Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti üçün tender keçirərək “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən aqreqat alıb. Araşdırmalar göstərir ki, bu zavodun faktiki sahibi Xanlar Fətiyevdir.

ADSEA-nın tabeliyindəki digər satınalmalar da diqqət çəkir:

  • 2025-ci ilin iyulunda Regional Su Meliorasiya Xidməti Gülməmmədova Vüsalə ilə 109 477,44 manatlıq ofis icarəsi müqaviləsi bağlayıb. Vüsalə Gülməmmədova Abşeronun keçmiş icra başçısı İradə Gülməmmədovanın qızıdır.

  • Avqust ayında ADSEA “Embawood” şirkəti ilə 219 935,48 manatlıq mebel və inventar alışı üzrə müqavilə bağlayıb. Şirkətin pay sahiblərindən biri deputat Məşhur Məmmədovdur.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (əvvəlki “Azərsu”) cari ilin 8 ayında 41 tender keçirib. Bu tenderlərin bir çoxunda qalib şirkətlər barədə açıq məlumat yoxdur və bu, tenderlərin şəffaflığına şübhə doğurur. Məsələn:

  • “İnterkabel” Firması 467 048,72 manatlıq elektrik kabelləri satınalması üzrə tenderin qalibi olub. Şirkətin fəaliyyəti barədə məhdud məlumat var.

  • “Az-Tex-İmport” MMC 540 000 manatlıq kabel sınaq və diaqnostika avadanlıqları alışı üzrə qalib seçilib.

  • “B2B” MMC isə 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərir, qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur və şirkətin keçmiş məmurlara aid olduğu iddia edilib.

Bu nümunələr ADSEA-nın tender proseslərində ciddi şəffaflıq problemlərinin olduğunu göstərir.

               Kadr siyasəti və qudalıq əlaqələri

Zaur Mikayılovun rəhbərliyi altında ADSEA və tabeliyindəki qurumlarda kütləvi ixtisarlar aparılıb. 2024-cü ilin iyulunda yayılan məlumatlara görə, təxminən 400 işçi işdən çıxarılıb. İşçilər işə bərpa tələbi ilə məhkəməyə müraciət ediblər.

 

Xatırladır ki, Zaur Mikayılov həm də əsl dost, qayğıkeş quda və "qohumbaz" ailə başçısıdır.

Dostcanlı...

Vəzifəyə təyin edildikdən sonra Türkiyənin Boğaziçi Universitetində birlikdə oxuduğu dostu Əsəd Şirinovu müşavir vəzifəsinə gətirib. Sonradan bu dostluq iş yoldaşlığına, sonra isə "qudalıq zümrəsi"nə ucalırlar. Əlbəttə, onun bu dostcanlı əməli bizə sovet gənclərinin kumiri olan məşhur hind kino aktyoru Mitxun Çakrobortinin "Disko rəqqası” filmində canlandırdığı Cimmi obrazını xatırlatdı. Necə ki, rəqsləri ilə məşhurlaşıb varlanan Cimmi köhnə məhəlləsinə qayıdarkən dostları ilə rastlaşır, onlara pul paylayırdı… Eyni ilə onun kimi. 

Qohumbazlıq…

Əlbəttə, bir qudanı vəzifəyə təyin edib digərini vəzifəsiz qoymaq olmaz. Təbii ki, qohumluq əlaqəsindən digər qudası Fuad Quliyev də yararlanıb. Eyni vaxtlarda Fuad Quliyev qurumda Aparat rəhbəri təyin edilib.

ADSEA-da yüksək vəzifələrə quda və yaxın qohumların təyinatı, həmçinin ixtisar siyasəti cəmiyyətdə narazılıq doğurub.

 

               İctimai iştirakçılıq və qanun pozuntusu

2014-cü ildə qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanuna görə, mərkəzi icra hakimiyyəti orqanlarının yanında İctimai Şuralar yaradılmalıdır. Lakin ADSEA yanında belə bir qurum mövcud deyil. Bu, vətəndaş iştirakçılığı və qurumun fəaliyyətinə ictimai nəzarətin təmin edilməməsi kimi qiymətləndirilir.

      Su problemi və vətəndaş narazılığı

2025-ci ilin yayında Bakının bir sıra ərazilərində, xüsusən Yeni Günəşli, Qaraçuxur və Bakıxanovda su təchizatında ciddi fasilələr müşahidə edilib. Sosial şəbəkələrdə və mediada bununla bağlı çoxsaylı şikayətlər yayımlanıb. ADSEA rəhbərliyi isə vəziyyətlə bağlı açıqlama vermir.

          Nəticə

ADSEA-da aparılan tenderlər, kadr siyasəti və qanunvericiliyin pozulması barədə məlumatlar qurumda şəffaflıq və hesabatlılığın ciddi problemlərlə üzləşdiyini göstərir. Vətəndaşların maraqlarının qorunması və ictimai nəzarətin təmin olunması üçün əlavə tədbirlər zəruridir.(32gün.az)

Ayaz 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam