Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəhid əsgərimiz dəfn olundu

 

Yanvarın 31-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş əsgər Eşqin Rəhim oğlu Allahverdiyev fevralın 1-də Şəki rayonunun Böyük Dəhnə kəndində dəfn olunub.

 

"Xeberinfo.com":  Müdafiə Nazirliyinin verdiyi məlumata görə, vida mərasimində MN-in zabiti, polkovnik Abdulla Qurbani müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun başsağlığını şəhidin ailəsinə çatdırıb.
 
Mərasimdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Məmmədnuru Əzizov, Böyük Dəhnə kənd bələdiyyəsinin sədri Kərəm Mürsəlov və başqaları çıxış edərək torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan ediblər.
 
Bölgənin qazısı Hacı Kamran əfəndi və şəhidin babası Paşa Vahab oğlu şəhidin dəfninin yüksək səviyyədə təşkilinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
E. Allahverdiyev Şəhidlər xiyabanında dəfn edilib.
 
Əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri açılıb, məzar üzərinə Müdafiə Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi və ictimai təşkilatlar adından əklillər və gül dəstələri düzülüb, cənazə üzərinə sərilmiş bayraq əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim olunub.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam