Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Füzulidə şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanıb - FOTOLARFOTOLAR

Füzulidə Qurban bayramı münasibətilə şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanıb
Yenixeber.org: - Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların təntənəsi olan Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da qeyd olunmuşdur. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə Horadiz şəhərində Qurbanlar kəsilərək şəhid ailələrinə və aztəminatlı ailələrə paylanmışdır. Alı Alıyev rayon sakinlərini mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik etmiş, əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulamışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin tapşırığı ilə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndini atəşə tutması nəticəsində şəhid olan azyaşlı Quliyeva Zəhra Elnur qızının və onun nənəsi Allahverdiyeva Sahibə İdris qızının ailəsinə baş çəkmiş, onlara bayram sovqatı təqdim edilmiş, Qurban bayramlarını təbrik olunmuşdur.

Bayram münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə ərazidəki icra nümayəndələri tərəfindən hər bir kənd və qəsəbədə qurbanlar kəsilərək şəhid ailələrinə və aztəminatlı ailələrə paylanılmış, Bakı və Sumqayıt şəhərində məskunlaşan şəhid ailələrinə isə bayram sovqatları verilmişdir.

Şəhid və aztəminatlı ailələr göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Füzulidə Qurban bayramı münasibətilə şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanıb
Füzulidə Qurban bayramı münasibətilə şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanıb
Füzulidə Qurban bayramı münasibətilə şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanıb
Füzulidə Qurban bayramı münasibətilə şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanıb
Füzulidə Qurban bayramı münasibətilə şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanıb
Füzulidə Qurban bayramı münasibətilə şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanıb 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam