Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Generaldan medal alan,nazirlər yola salan,qurumla müğənniləri düşmən edən Mənzərxanım kimdir? -MARAQLI DOSYE

Generaldan medal alan,nazirlər yola salan,qurumla müğənniləri düşmən edən Mənzərxanım kimdir? -MARAQLI DOSYE
Son günlər Mədəniyyət Nazirliyi ətrafında skandallar yaşanır.Sənət adamlarının bir qismi Nazirliyin bir neçə əməkdaşına qarşı sözün əsl mənasında müharibə elan edib.Şikayətçilərin bir neçə nəfər olması onların haqlı tərəf kimi görünməsini gücləndirir.
Yenixeber.org: Sənət adamlarının arqumentlərinə qarşı tərəf isə şablon açıqlamalarla cavab verməklə işini bitirmiş hesab edir.Belə olan halda rəsmi durum çətin vəziyyətə düşür və debatlarda sənət adamlarına uduzur.Dünən Baku TV-nin efirində yayımlanan "Aktual Gündəm" verilişində olduğu kimi...Verilişdə Mədəniyyət Nazirliyini təmsil edən şəxslərin sənətçilərin sərt sualları qarşısında aciz qaldığı açıq-aşkar görünürdü.Efirdə verilən suallardan biri də münasibətlərin bu həddə çatmasına səbəbkar kimi göstərilən Mənzər Nurəliyevanın kimliyi və təhsili idi.Buna da cavab verilmədi...
Mənbənin Oxu24.com-a verdiyi məlumata görə,Nazirliklə müğənnilər arasında uçurum yaradan Mənzər Nurəliyeva özü ortalıqda yoxdur.Müğənnilər bu adı yaxşı tanısa da,media və ictimaiyyət bu şəxsi o qədər də tanınmır.Nazirliyin dəhlizlərində və kulis arxasında sənətçilər bu qadını "Dəmir Lady" adlandırırlar.Bu isə onun sözünün kəsəri və təsir gücü ilə əlaqələndirilir.
Bir neçə nazir yola salmasına baxmayaraq postunda qalmağı bacaran Mənzər Nurəliyava barəsində daha çox rüşvət iddiası irəli sürülür.Bu gün müğənni Almaxanım Əhmədova onun ətir həvəskarı olduğunu və ifaçılardan bahalı ətirlər tələb etdiyini iddia edir.Özü də elə belə ətir yox,nə az,nə çox -1000 manat dəyərində...Digər ifaçı Nura Suri isə xanım əməkdaşın plastik əməliyyatlarına minlərlə dollar xərclədiyini iddia edir.Nədənsə,bu mövzuda Nazirliyi təmsil edən Aynur Kərimova söhbətə müdaxilə edir və sənətçini sənətdən danışmağa dəvət edir.Sənətlə bağlı suallar veriləndə isə,Nazirlik rəsmisi susur...
Verilişə evdən qoşulan digər Nazirlik rəsmisi Oleq Əmirbəyov isə müğənnilərin sərt ittihamlarına bir çox hallarda gülərək reaksiya verir...Efir zamanı Nazirliyi təmsil edən Aynur Kərimovanın terminləri səhv salması və çıxılmaz duruma düşməsi isə tam bir başqa zamanın mövzusudur...
Qayıdaq öz mövzumuza...Maraqlıdır, kimdir bu Mənzər Nurəliyeva?
İlk olaraq onu qeyd edək ki,Nazirlik əməkdaşının rəsmi adı Mənzərxanım Nurəliyevadır.
Diqqəti cəlb edən məqamlardan biri də odur ki,Mədəniyyət Nazirliyinin rəsmi saytında bu adda əməkdaş qeyd edilməyib.Hətta saytın axtarış bölümündə belə bu şəxsin ad,soyadı ilə bağlı heç bir məlumat tapılmır.
Araşdırmamızı sosial şəbəkələr üzərindən apardıq.
Oxu24.com-un araşdırması zamanı məlum olub ki,keçmiş mədəniyyət naziri Əbülfəz Qarayev Mənzər Nurəliyevaya 2019-cu ilin mayında təltif olunması barədə medalı təqdim edib.Həmin vaxtda Mənzərxanım Nurəliyeva Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri, nazirliyin Həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində olub.Onu təltif edən isə,Dövlət Qurumlarından birinin rəhbəri olmuş generaldır.Bu haqda Nazirliyin rəsmi saytında informasiya paylaşılsa da,sonradan hansısa səbəbdən həmin xəbər saytdan silinib.
Oxu24.com-un əməkdaşı əməkdaşı həmin fotonu əldə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam